"Elm və həyat" jurnalının yeni nömrəsi nəşr olunub
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən "Elm və həyat" jurnalının yeni nömrəsi nəşr olunub. "Olaylar" xəbər verir ki, elmi-populyar jurnalın bu nömrəsində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunmuş “Ömür kitabının işıqlı səhifələri” adlı məqalə yer alıb.
28 Noyabr 2017 13:58 SosialAzərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən "Elm və həyat" jurnalının yeni nömrəsi nəşr olunub. "Olaylar" xəbər verir ki, elmi-populyar jurnalın bu nömrəsində akademik Həsən Əliyevin 110 illiyinə həsr olunmuş "Ömür kitabının işıqlı səhifələri" adlı məqalə yer alıb. Həmçinin, jurnalda "Bakı nefti səyyahların gözü ilə", qardaş Türkiyədə fəaliyyət göstərən alimlərimizlə bağlı "Elm və sivilizasiya yaradanların sorağındayıq" məqalələri də öz əksini tapıb. Bundan başqa, dərgidə görkəmli alim, general-leytenant Kərim Kərimovun 100 illiyinə və professor Əli Rəcəblinin 90 illiyinə həsr olunmuş məqalələri də oxumaq olar. Jurnalda "Tibb zəlisinin artırılması üzrə ilk uğurlar" adlı məqalədə qeyd olunub ki, tibb zəlisi dünya miqyasında bir sıra ölkələrin "Qırmızı Kitab"ına (Rusiya, Türkiyə, Özbəkistan), kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında konvensiyaya (CİTES) və s. daxil edilib. Bildirək ki, məqalə 8 alimin elmi araşdırması nəticəsində ərsəyə gəlib. Həmçinin, dərgidə AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, "Şöhrət" ordenli Musa Qasımlının rus dilində müsahibəsi də yer alıb.
Qeyd edək ki, jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, məsul katib isə AMEA-nın Mətbuat orqanları şöbəsinin rəis müavini Turan Rəhimovadır.