Sosial
Bakıda quşçuluq sexi yanıb
Bakı şəhərinin Suraxanı rayonunda fəaliyyət göstərən quşçuluq sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 500 m2 olan quşçuluq sexinin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Deputatlarımız Ukraynaya səfər ediblər
Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün dekabrın 1-dək Ukraynada səfərdə olacaqlar.
Bu il 506 nəfər yeməkdən zəhərlənib - 3 nəfər öldü
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 298 qida zəhərlənməsi baş verib. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 506 nəfər zərər çəkib. Yanvar-oktyabr ayları ərzində 11 botulizm hadisəsi baş verib. Nəticədə 21 nəfər zəhərlənib, 3 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.
Gənclərə XOŞ XƏBƏR: işə düzələrkən güzəştlər əldə edəcəklər
Azərbaycanda gənclər işə düzələrkən güzəştlər əldə edəcəklər. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov UNEC2B əmək bazarı platformasının təqdimat mərasimində deyib.
Azərbaycanda üç qız 13 yaşında ərə verilib
Son illər məişət münaqişəsi nəticəsində fiziki zorakılığa məruz qalan qadınların sayı artıb. Statistikaya görə, həftədə ən azı 1 qadın öldürülür və ya intihar edir. Qadınlara qarşı zorakılığın qarşısını almaq üçün noyabrın 25-dən "gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına başlanılıb, dekabrın 10-dək zorakılığın bütün formalarına qarşı təbliğat aparılacaq.
İfaçı intim münasibət zamanı bədbəxt oldu - FOTO
Torpaq Məcəlləsi dəyişdirilir
Torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.“Olaylar” ın məlumatına görə, bununla bağlı Torpaq Məcəlləsində dəyişiklik edilir. Məcəllənin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə yeni bənd əlavə edilir.
Ağacdan yıxılan 83 yaşlı kişi xəsarət alıb
Şəkidə ağacdan yıxılan 83 yaşlı kişi ağır xəsarət alıb.“Olaylar” xəbər verir ki, noyabrın 27-də Şəki şəhər Q. Axundov küçəsi ev 41 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Əlican Kərəm oğlu Cəbrayılov yaşadığı ünvandan xurma yığan zaman ağacdan yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaşlı kişi Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.Əlican Cəbrayılovun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Emin Ağalarovun anası ilə maraqlı rəqsi – VİDEO
Avtobusun vurduğu piyada ölüb
Bakının Binəqədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. “Olaylar” xəbər verir, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində qeydə alınmış avtoqəza zamanı 165 saylı xətt marşrutu üzrə hərəkət edən, Balagözov Vaqif Həmzə oğlunun idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu 45-50 yaşlarında bir qadını vurub. Nəticədə ağır xəsarətlər piyada hadisə yerində dünyasını dəyişib.
Bakı məktəblisi beynəlxalq turnirin qalibi olub
Paytaxt məktəblisi şahmat üzrə beynəlxalq yarışda I yerə layiq görülüb. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva Rusiyanın Moskva şəhərində 11 ölkəni təmsil edən 14 yaşadək olan şahmatçılar arasında keçirilən turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb. G. Beydullayeva kubok, medal və diplomla təltif olunub.
“Qətər Hava Yolları” Azərbaycanda endirim kampaniyasına başlayır
Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” beş ulduzlu aviaşirkətlər siyahısına daxil olan “Qətər Hava Yolları” ilə birgə Azərbaycanda istehlakçılar üçün yeni endirim kampaniyasına start verir.
Gənclər arasında sosial şəbəkələrdən doğru istifadə təbliğ olunur
Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında sosial şəbəkələrdən və İKT resurslarından doğru istifadənin təbliği" adlı layihə uğurla icra edilib. “OLAYLAR” -a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan Tələbə Gəncər Təşkilatı İttifaqı”, ”Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosasiyası” İctimai Birliyinin təşkilatı dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi Həzrət Bədiyev "Gənclər arasэnda Sosial юəbəkələrdən və İKT resurslarэndan doрru istifadənin təbliği" adlı layihəsini həyata keçirilib.














