Deputatlarımız Ukraynaya səfər ediblər
Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün dekabrın 1-dək Ukraynada səfərdə olacaqlar.
28 Noyabr 2017 13:37 SosialMilli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün dekabrın 1-dək Ukraynada səfərdə olacaqlar. MM-dən "Olaylar"a verilən məlumata görə, Kiyev şəhərində keçiriləcək toplantıda təşkilati məsələlərlə yanaşı Qara dəniz regionunda iqtisadi böhranın nəticələrinin aradan qaldırılması, gənc ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud problemlər barədə fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcəklər.