Gənclər arasında sosial şəbəkələrdən doğru istifadə təbliğ olunur
Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında sosial şəbəkələrdən və İKT resurslarından doğru istifadənin təbliği" adlı layihə uğurla icra edilib. “OLAYLAR” -a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan Tələbə Gəncər Təşkilatı İttifaqı”, ”Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosasiyası” İctimai Birliyinin təşkilatı dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi Həzrət Bədiyev "Gənclər arasэnda Sosial юəbəkələrdən və İKT resurslarэndan doрru istifadənin təbliği" adlı layihəsini həyata keçirilib.
28 Noyabr 2017 11:38 SosialGənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər arasında sosial şəbəkələrdən və İKT resurslarından doğru istifadənin təbliği" adlı layihə uğurla icra edilib. "OLAYLAR" -a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Azərbaycan Tələbə Gəncər Təşkilatı İttifaqı", "Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosasiyası" İctimai Birliyinin təşkilatı dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi Həzrət Bədiyev "Gənclər arasэnda Sosial юəbəkələrdən və İKT resurslarэndan doрru istifadənin təbliği" adlı layihəsini həyata keçirilib.
Layihənin açılış mərasimində çıxış edən layihə rəhbəri Həzrət Bədiyev iştirakçılara layihənin məqsədi haqqında məlumat verib. O, qeyd edib ki, respublikamızda da sosial şəbəkələrdən istifadə edən gənclərin sayı kifayət qədər çoxdur. Bir çox ölkələrdə gənclər sosial şəbəkələr vasitəsilə sosial xarakterli layihələr həyata keçirirlər. Azərbaycanda da sosial şəbəkələr vasitəsilə bir neçə sosial əhəmiyyətli layihələr keçirilsə də hələ ki bunlar kütləvi xarakter daşımır. Həmçinin Qarabağ həqiqətlərinin daha geniş kütlələrə çatdırılmasında da sosial şəbəkələrin əhəmiyyətli rolu var. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər birliyinin əməkdaşı və eyni zamanda bu sahədə peşəkar təlimçi olan Mahmud Mahmudov qeyd edib ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. Bu da gənclərə inkişaf üçün böyük stimul verir. O daha sonra təlimin əhəmiyyətindən söz açaraq gəncləri bu sahədə təlimatlandırıb.