“Qətər Hava Yolları” Azərbaycanda endirim kampaniyasına başlayır

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” beş ulduzlu aviaşirkətlər siyahısına daxil olan “Qətər Hava Yolları” ilə birgə Azərbaycanda istehlakçılar üçün yeni endirim kampaniyasına start verir.

Qlobal ödəniş texnologiyaları təchizatçısı olan "Mastercard" beş ulduzlu aviaşirkətlər siyahısına daxil olan "Qətər Hava Yolları" ilə birgə Azərbaycanda istehlakçılar üçün yeni endirim kampaniyasına start verir. "OLAYLAR"-ın xəbərinə görə, "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Alper Meriç bildirib ki, "Qətər Hava Yolları" ilə əməkdaşlıq çərçivəsində şirkətin kart sahiblərinə sözügedən imkandan yararlanmaq fürsəti verilir: "Qətər Hava Yolları" ilə tərəfdaşlığımız həm də bu yaxınlarda biz tərəfdən istifadəyə verilən və "Mastercard"ın eksklüziv təkliflərini əks etdirən "Specials Priceless" platformasının bir hissəsi olacaq". Kampaniyanın şərtlərinə əsasən, "Mastercard" kart sahibləri "Qətər Hava Yolları"nın rəsmi internet səhifəsində (www.qatarairways.com) onlayn bilet alışı zamanı 15% endirimdən yararlana biləcəklər. Kampaniya bütün istiqamətlərdə olan ekonom və biznes sinif uçuşları üçün keçərlidir. Kampaniya 24 dekabr 2017-ci il tarixinədək etibarlıdır, kampaniya zamanı alınan biletləri isə 31 may 2018-ci il tarixinədək istifadə etmək mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31