Gənclər fond birjalarının fəaliyyəti ilə tanış ediləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, İqtisad Universiteti, Bakı Fond Birjası və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə noyabrın 29-da “İnkişaf bi(r)likdərir” devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı keçiriləcək.
28 Noyabr 2017 14:34 SosialGənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, İqtisad Universiteti, Bakı Fond Birjası və Yeniliyə Doğru Gənclər Fondunun birgə təşkilatçılığı ilə noyabrın 29-da "İnkişaf bi(r)likdərir" devizi altında kapital bazarları sahəsində birja ticarəti üzrə simulyasiya yarışı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbir Hyatt Regency" mehmanxanasının "Bakı" zalında baş tutacaq. Yarışın keçirilməsində məqsəd - fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, qiymətli kağızların (səhm və istiqrazların) alqı-satqı prosesinin aparılması və investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə öyrətmək, biznes sahəsində tələbələrin kommunikativ bacarıqlarını inkişaf etdirməkdir.