“Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-texniki konfrans keçirilib
Noyabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) “Metallurgiya və metalşünaslıq” kafedrasının yaradılmasının 50 illiyinə həsr olunmuş “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, konfransda metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
28 Noyabr 2017 14:50 SosialNoyabrın 28-də Azərbaycan Texniki Universitetində (AzTU) "Metallurgiya və metalşünaslıq" kafedrasının yaradılmasının 50 illiyinə həsr olunmuş "Metallurgiya və materialşünaslığın problemləri" mövzusunda 2-ci Beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, konfransda metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Azərbaycan Texniki Universiteti və "Baku Steel Company" MMC-nin təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasını giriş sözü ilə açan AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, Azərbaycanda metallurgiya sənayesinin təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub.
Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çıxışında qeyd edib ki, Azərbaycan ali təhsil müəssisələrində, xüsusi ilə Azərbaycan Texniki Universitetində texniki ali təhsilin inkişafı, nəzəri biliklərin praktikaya tətbiqi istiqamətində ardıcıl və planlı işlər həyata keçirilir. Təhsil Nazirliyinin bu konfransa çox böyük əhəmiyyət verdiyini deyən S. Gözəlov iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, konfrans noyabrın 30-dək davam edəcək.