Sosial
Özbəkistan Səfirliyi MEK-ə kitab hədiyyə etdi
Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi AMEA Mərkəzi Elmi Kitabxanasına Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib. Olaylar.az bildirir ki, kitablar MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib. Kitabları MEK-ə Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin digər əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər. Akademiklər zalında keçirilən görüşdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova türk ölkələri içərisində Özbəkistana aid bölmənin yaradılmasından və qardaş ölkə ilə təməli qoyulan yeni əməkdaşlıqdan məmnun olduğunu söyləyib.
Əlillərələ bağlı yeni qanun layihəsi hazırlanıb
Azərbaycanda əlillərlə bağlı yeni qanun layihəsi hazırlanıb. Bu barədə Milli Məclisdən verilən məlumata görə, yeni qanun layihəsi Prezident Administrasiyasına göndərilib. Məlumatda bildirilib ki, yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisə daxil olacaq və bununla bağlı müzakirələr aparılacaq.
Onlayn mediaya dövlət qayğısı artırılır
Müasir dünyada informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı sosial media adlanan yeni medianın tətbiqini zəruri edib. Dövlətlərin və hökumətlərin istəyindan asılı olmayaraq yeni media yayılmaqda və öz qanunlarını diktə etməkdədir. Məlumdur ki, yeni medianın özəlliklərini həzm etməyən dövlətlər onun təsirindən yayınmaq məqsədilə müxtəlif yollara əl atır, qanunvericiliyin sərləşdirilməsi ilə ondan istifadəni məhdudlaşdırmağa çalışırlar.
Nardaran hadisələrinin arxasındakı gözəgörünməz qüvvələr kimlər idi?
Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən birinə çevrilib. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır.
“Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans
Noyabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Bilik Fondunun birgə təşkilatçılığı ilə “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib. Olaylar.az bildirir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki qurum arasında bağlanmış Əməkdaşlıq sazişinə əsasən keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə davamlı olaraq təmin olunduğunu qeyd edərək müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb.
Bilik yarışmasının qalibləri mükafatlandırılacaq
Noyabrın 29-da “Mən Azərbaycanlıyam” adlı milli bilik yarışmasının 7-ci mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, mərasim "Park İnn" otelində baş tutacaq. Mükafatlandırma mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Ramil Quluzadə, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilərin iştirakı gözlənilir.
İngilis dili resurs mərkəzləri yaradılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində İngilis dili resurs mərkəzləri yaradılıb. “OLAYLAR”-a daxil olan məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan İngilis dili resurs mərkəzləri müəllimlərin dil və tədris bacarıqlarını təkmilləşdirmək, şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir. Mərkəzlər Böyük Britaniyadan sifariş olunmuş kitablarla tam təmin olunub.Mərkəzlərdə müəllimlərin peşəkar inkişafı və onların xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək üçün Britaniya Şurası Təşkilatının təlimçiləri tərəfindən təlimlər və danışıq klubları təşkil olunacaq.
Fransa ilə təcrübə mübadiləsi seminarı keçirilir
Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.
MEK Cocuq Mərcanlı kənd orta məktəbinə 400 kitab hədiyyə etdi
AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra burada görülmüş tikinti-abadlıq işləri ilə yerində tanış olmaq, yerli əhali ilə görüşmək, kənd orta məktəb kitabxanasının qurulmasına və kitabxana fondunun zənginləşdirilməsi, kitabların hədiyyə olunması və ehtiyacların yerində qiymətləndirilməsi məqsədi daşıyır. Olaylar.az bildirir ki, qonaqları Cəbrayıl rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mayıl Əliyev, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd məscidinin axundu Elman Piriyev və digərləri qarşılayıblar
Rüfət Quliyev yenidən MDB PA Daimi komissiyasının sədr müavini seçilib
Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlər arası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-dən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədirlər. “OLAYLAR”-ın xəbərinə görə, MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq Daimi komissiyasının noyabrın 28-də keçirilən iclasında deputat Rüfət Quliyev yenidən Daimi komissiyanın sədr müavini seçilib.
Heydər Əliyev adına Hava Limanında azərbaycanlı gəncdən QEYRİ-ADİ EVLİLİK TƏKLİFİ - VİDEO
Heydər Əliyev adına Hava Limanında gənc oğlan səfərdən qayıdan sevdiyi qıza evlilik təklifi edib. Oğlan sevdiyi üçün sürpriz hazırlayıb. O, əlində gül dəstəsi ilə qıza yaxınlaşaraq ona evlilik təklif edib. Gənc qız evlilik təklifinə "hə" cavabını verib.
Sabah gözlənilən hava şəraiti
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə çiskin, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Abşeronda gecə 3-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Tarix yalnız arxada qalmır, həm də öndən gəlir...
Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2016-cı ilin məşhur aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli mənlik şüurunun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının öznüindifikasiyası başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır.
Elçin Hüseynbəyli yazır...Bizi sevindirən və qüssələndirən Dəmir Yol Vağzalı
Yazılarımın birində qeyd eləmişdim ki, insanlar xoşbəxtliklərini vağzallarda tapır, elə oradaca itirirlər. Nə münasibətlə yazmışdım, yadımda deyil. Bircə onu bilirəm ki, qüssəli yazıydı. Heç bu yazıya da dəxli yoxdu, eləcə maraqlı bir fikir kimi xatırladım...
.jpg)













