Fransa ilə təcrübə mübadiləsi seminarı keçirilir

Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində "Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi" mövzusunda seminar keçirilir. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə "Dəniz təhlükəsizliyi", "Qaçaqmalçılığa qarşı fəaliyyətlər", "Dənizdə çirklənmənin qarşısının alınması" və digər mövzularda məruzələr dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31