Nardaran hadisələrinin arxasındakı gözəgörünməz qüvvələr kimlər idi?
Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən birinə çevrilib. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır.
28 Noyabr 2017 16:22 SosialBu məsələdə İran hökuməti ilə Azərbaycan müxalifətinin mövqeyi üst-üstə düşür
Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən birinə çevrilib. İstər islami dini cərəyanlar arasında, istərsə də Protestanlıq, Hinduizm kimi qeyri-islami dinlərdə radikallaşma meyilləri XX əsrin sonlarından etibarən xeyli artmışdır. Bu prosesi sadəcə müasir dövrə aid etmək düzgün olmazdı, əksinə tarixin hər dövrundə dini radikalizm fenomeni müşahidə olunmuşdur. Din uğrunda edilən müharibələr, və ya din pərdəsi altında aparılan işğançılıq fəaliyyətləri dini radikalizmin bariz örnəklərini təşkil etmişdir. Günümüzdə isə dini radikalizm məzhəblər və dinlər arası dözümsüzlük və zorakılıq və ya dini motivlərlə törədilən terror aktlarında təzahür edir. Təəssüf doğuran hal isə, son on illikdə islami radikalizmin kəskin surətdə yüksəlişə keçməsidir. Maraqlıdır, dini radikalizm haradan qaynaqlanır? Əvvala qeyd edək ki, müstəqlillik əldə etfikdən sonra dəfələrlə Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsinə cəhdlər edilib. Zaman-zaman hansısa bir ölkənin quruluşunun Azərbaycanda tətbiqini həyata keçirmək istəyən qüvvələr ortaya çıxıb. Azərbaycan xalqı isə referendum yolu ilə öz müqəddəratını müəyyən edərək dünyəvi dövlət yaradıb. Xalq hüquqi və demokratik dövlət qurub. Lakin bəzi şəxslər bəzi ölkələrin təhdidi, sifarişi ilə Azərbaycanda dini dövlət, başqa-başqa dövlət formalarının tətbiqinə cəhd etməyə çalışıblar. Təxminən bir il əvvəl Nardaranda mütəmadi olaraq sosial problemlər adı altında müxtəlif hadisələr baş verdi. Düzdür, Nardaran camaatının böyük hissəsi inanclı insanlardır. Lakin etiraf etmək lazımdır ki, Nardaranda başqa dövlətin təsiri altına düşənlər, həmin ölkədə təhsil və təlim alanlar, oranın maliyyə diktəsi ilə hərəkət edənlər var idi. Elə bu səbədən də bir çox dini ekstremistlər də oranı özlərinə baza seçmişdilər. Qətiyyətlə demək olar ki, baş verən hadisələr zamanı orada tutulanların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yox idi. Baza kimi Nardaranı seçmək, orada gizlənmək, orada təlimlər keçmək və ən əsası da, buradan mərkəzləşib dövlət quruluşunun dəyişdirilməsi planının qurulması bilavasitə o qəsəbənin ölkə qanunları ilə deyil, özlərinin qurduğu qaydalarla, daha dəqiqi, başqa dövlətin qaydaları ilə idarə olunmasını pik nöqtəsinə çatmışdı. Məlumatlar var idi ki, vəziyyət ciddi şəkil alıb və orada toplaşan ekstremist insanlar digər bölgələrdə də özlərinin yerli təşkilatlarını yaradıblar. Əsas məqsəd isə Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsidir. Bu məqsədlə açıq şəkildə buna cəhd göstərilirdi, ayrı-ayrı bölgələrə məktublar, müraciətlər göndərilirdi. Yaxud başqa bölgələrdən bəzi insanlar bu məqsədlə Nardarana axın edirdilər, ekstremistlərə biət edirdilər. Bütün bunların üstü açılandan sonra dövlət hərəkətə keçdi və orada təmizlənmə işinə qərar verildi. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyir ki, Azərbaycanda dini radikalizm son zamanlara qədər elə də populyar bir mövzu deyildi. Çünki Azərbaycan tarixən başqa dinlərə tolerant yanaşmış ölkədir və burada radikalizmə gətirib çıxaracaq amillər yox idi: "Biz xarici ölkələrə gedəndə Azərbaycan haqda deyirlər ki, çox qəribədir, sizdə sinaqoq, kilsə və məscid yan-yana dayanıb. Bu bizim üçün çox böyük dəyərdir, çünki biz ölkəmizdə hər kəsin dininə hörmətlə yanaşır, azlıqda olan dinlərin nümayəndələrinə öz dini inanclarını yaşatmağa şərait yaradırıq. Ölkə əhalisinin 96%-i İslam dininin təmsilçiləridir. Bizdə şiə təriqətinin nümayəndələrinin sayı üstünlük təşkil edir. Lakin bizdə müxtəlif təriqətlər arasında da qlobal anlamda münaqişələr heç zaman olmayıb". Birlik sədrinin sözlərinə görə, son vaxtlar, xüsusən də Nardaran hadisələri zamanı Azərbaycanda dini radikalizm məsələsi diqqət mərkəzinə gəlib: "Bəzi dindarlar artıq ölkənin siyasi həyatına müəyyən mənada müdaxilə etməyə cəhd edirdilər. Bunun isə qarşısı hüquq-mühafizə orqanları tərəfindən alındı. Məlumdur ki, Azərbaycandan bəzi adamlar İŞİD sıralarına qoşulamağa başladı. Onların qanunsuz yollarla Türkiyə və Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasına qoşulmasına dair məlumatlar var". Birlik sədrinin sözlərinə görə, bunun səbəbi müəyyən radikal qruplaşmaların insanların sosial-iqtisadi vəziyyətindən, məlumatsızlığından istifadə edərək onları ələ alması, beyinlərini yumasıdır: "Bəzi dini cərəyanlar işsizlikvə insanların sosial-psixolojı vəziyyətindən istifadə edərək onları öz tərəflərinə çəkirlər". Ü.Abdullayeva Azərbaycan qanunvericiliyinə dini fanatizm və düşmənçilik zəminində Konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı ağır cəzaların tətbiqi, ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsinin, dini atributların və dini bayraqların nümayişinin qadağan edilməsini də vacib sayıb. Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov deyib ki, Azərbaycanda dini tolerantlıq, multikulturalizm dəyərlərinin təbliği, eləcə də, radikal ekstremizm, dini radikalizmə qarşı mübarizə istiqamətində dövlət siyasəti həyata keçirilir: "Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə tolerantlıq, multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi, ölkəmizdə 2016-cı ilin "Multikultralizm ili" elan olunması Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir. Belə bir şəraitdə hansısa xarici dövlətin təhriki ilə dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə cəhd qətiyyən yol verilməzdir. O da faktdır ki, Nardaran hadisələri zamanı bəzi insanları idarə edən xarici qüvvələr mövcud idi. Daha dəqiq, radikal şüralar səsləndirənlər, dövlətə qarşı açıq itaətsizlik nümayiş etdirənlər xarici qüvvələr tərəfindən idarə olunurdu". Nardaranda baş verən hadisələrinin təhlili ölkə ictimaiyyətində qəti əminlik yaratdı ki, baş verən hadisələrin arxasında ən pis halda Azərbaycanın konstitusion quruluşunun zorla dəyişdirilməsində maraqlı olan İran dayanır. O da etiraf edilməlidir ki, bu məsələdə İran hökuməti ilə Azərbaycan müxalifətinin mövqeyi üst-üstə düşür. Nardaran hadisələrində dövlət əleyhinə çağırış etməkdə təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının fəaliyyəti dediklərimizi bir daha sübut edir. Təsadüfi deyil ki, aparılmış istintaq nəticəsində sübut olundu ki, Nardaran hadisələrindən siyasi məqsədlər üçün istifadə halları mövcud olub. Belə ki, F.Qəhrəmanlının "facebook" sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar əldə edilib. Öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı faktlar kifayət qədərdir. Məsələn, F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar istintaq zamanı təsdiqini tapmış oldu. Acınacaqlı məsələ ondan ibarətdir ki, bu kimi şəxslər İran xüsusi orqanları tərəfindən idarə olunurdu.
Zəka