Azərbaycanın əməkdaşlıq təşəbbüsü ardıcıl xarakter daşıyır- ÖZƏL

"Dövlət başçısının Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitqində Azərbaycanın keçmiş münaqişə ilə bağlı tarixi yaddaşına və milli-mənəvi dəyərlərinə xüsusi yer verilməsi də diqqətəlayiqdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Xocalı faciəsi, dağıdılmış şəhərlər və kəndlər, dini-mədəni abidələrə vurulmuş zərər Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış hadisələrdir. Bu yaddaşın qorunması tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, mədəni irsin sənədləşdirilməsi və bərpası baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın mövqeyinə görə, tarixi hadisələrin öyrənilməsi və yaddaşın qorunması sülh prosesinə zidd deyil. Əksinə, davamlı sülhün formalaşması üçün keçmişin obyektiv öyrənilməsi, qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsiplərinə riayət edilməsi vacibdir. Dini liderlərin bu məsələlərdə sülhə, ədalətə və insan ləyaqətinə əsaslanan mövqeləri cəmiyyətlər arasında etimadın yaranmasına müsbət təsir göstərə bilər. Prezident cənab İlham Əliyevin nümayəndə heyətini qəbul edərkən söylədiyi nitqin əsas məzmunu Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin müxtəlif istiqamətlərini bir araya gətirir. Türk dünyası ilə tarixi və mədəni bağların möhkəmləndirilməsi, İslam həmrəyliyinin inkişafı, dini liderlərin sülh və dialoq naminə əməkdaşlığı, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi və regional sabitliyin təmin olunması bu siyasətin əsas istiqamətləridir. Bakıda keçirilən toplantılar Azərbaycan dövlətinin mədəni diplomatiya, dini dialoq və regional əməkdaşlıq sahələrində təşəbbüslərinin ardıcıl xarakter daşıdığını göstərir. Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfransın və Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısının eyni vaxtda keçirilməsi tarixi-mədəni irs ilə müasir diplomatik əməkdaşlığın qarşılıqlı əlaqəsini nümayiş etdirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31