“Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans
Noyabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Bilik Fondunun birgə təşkilatçılığı ilə “Müdafiə və təhlükəsizlik” mövzusunda elmi-praktik konfrans keçirilib. Olaylar.az bildirir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki qurum arasında bağlanmış Əməkdaşlıq sazişinə əsasən keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə davamlı olaraq təmin olunduğunu qeyd edərək müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb.
28 Noyabr 2017 16:19 SosialNoyabrın 28-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Bilik Fondunun birgə təşkilatçılığı ilə "Müdafiə və təhlükəsizlik" mövzusunda elmi-praktik konfrans keçirilib.
Olaylar.az bildirir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iki qurum arasında bağlanmış Əməkdaşlıq sazişinə əsasən keçirilən konfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev konfransın gündəliyi haqqında iştirakçılara məlumat verib. General-leytenant ordumuzun müasir tələblərə cavab verən silah və texnika ilə davamlı olaraq təmin olunduğunu qeyd edərək müdafiə və təhlükəsizlik prinsiplərinin yüksək səviyyədə qurulduğunu diqqətə çatdırıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan xalqının zəngin hərbi-tarixi ənənələrinə sadiqliyindən söz açaraq, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrinin bu gün NATO standartlarına cavab verən səviyyədə olduğuna diqqət çəkib, Fondun Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Plenar iclasın sonunda Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev hər iki qurumun 2018-ci il üçün Birgə Fəaliyyət Planını imzalayıblar.