Onlayn mediaya dövlət qayğısı artırılır

Müasir dünyada informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı sosial media adlanan yeni medianın tətbiqini zəruri edib. Dövlətlərin və hökumətlərin istəyindan asılı olmayaraq yeni media yayılmaqda və öz qanunlarını diktə etməkdədir. Məlumdur ki, yeni medianın özəlliklərini həzm etməyən dövlətlər onun təsirindən yayınmaq məqsədilə müxtəlif yollara əl atır, qanunvericiliyin sərləşdirilməsi ilə ondan istifadəni məhdudlaşdırmağa çalışırlar.

Sosial medianın imkanları genişləndirilir

Müasir dünyada informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı sosial media adlanan yeni medianın tətbiqini zəruri edib. Dövlətlərin və hökumətlərin istəyindan asılı olmayaraq yeni media yayılmaqda və öz qanunlarını diktə etməkdədir. Məlumdur ki, yeni medianın özəlliklərini həzm etməyən dövlətlər onun təsirindən yayınmaq məqsədilə müxtəlif yollara əl atır, qanunvericiliyin sərləşdirilməsi ilə ondan istifadəni məhdudlaşdırmağa çalışırlar. Azərbaycanda isə sosial media nəinki geniş yayılıb, hətta insanların gündəlik həyat tərzinə çevrilib. Elə bu səbədən də onlayn medianın inkişafı dövlətin diqqət mərkəzindədir.Yeri gəlmişkən qeyd edək ki, müharibə şəraitində yaşayan Azərbaycan üçün onlayn medianın inkişafı prioritet məsələ hesab olunur. Əks halda Azərbaycan təzavüzkar dövlətlə informasiya müharibəsində uduzmuş ola bilər. Onu da qeyd edək ki, onlayn mediaya diqqət və qayğının artırılması Azərbaycan cəmiyyətindən gələn sosial sifariş kimi qəbul etmək olar. Təsadüfi deyil ki, milllət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentdə çıxışı zamanı qeyd edib ki, Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var: "Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordunun böyük məbləğdə maliyyələşdirilməsi təqdirəlayiqdir. Unutmaq lazım deyil ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Bunun üçün də kiçik maliyyə həcmli televiziyanın yaradılması mümkündür". Ə.Amaşov mətbuata dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması məsələsinə də toxunub. Qeyd edib ki, "onlayn" mətbuata da 1 milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticə hiss olunacaq: "Ümumiyyətlə, müharibə şəraiitndə ölkə olaraq bizdə informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır". Deputat Azərbaycanda İnformasiya Ombudmsnaının yaradılması təklifi ilə də çıxış edib: "Bizdə İnformasiya Ombudsmanı İnsan Hüquqları üzrə Müvəkkilliyin tərkbində fəaliyyət göstərir. Səbəb kimi deyilir ki, ştat yoxdur. Hökumət üzvlərinin buradakı iştirakından istifadə edərək soruşuram ki, niyə ştat ayrılımır? Fikrimcə İnformasiya Ombudsmanı ayrıca fəaliyyət göstərməlidir".
 Hüquqşünas Alim Hüseynli bildirib ki, informasiya kommunikasiya texnologiyalarının sürətli inkişaf etdiyi zamanda onlayn medianın önə keçməsi vacib məsələyə çevrilir. Nəzərə almaq lazımdır ki, hazırda beynəlxalq aləmdə Azərbaycanın siyasi və iqtisadi mövqeyi möhkəmlənməkdə davam edir. Artıq Azərbaycan beynəlxalq aləmdə söz sahibinə, diktə edən ölkəyə çevrilib. Belə olan halda ölkəmizdə aparılan islahatlar, eləcə də Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından onlayn media əhəmiyyətli rol oynaya bilər. Onlayn media həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinin beynəlxalq aləmə çatdırılmasında əvəzsiz bir vasitədir. Bu vasitədən səmərəli istifadə şübhəsiz ki, ölkəmizin xeyrinə olardı. Ancaq reallıq ondan ibarətdir ki, hazırda ölkədə beynəlxalq informasiya agentlikləri ilə rəqabətə girə biləcək onlayn mediamızın sayı kifayət qədər deyil. Bu boşluğu aradan qaldırmaq məqsədilə onlayn medianın müasir informasiya texnologiyaları ilə təchizatına, beynəlxalq münasibətlər sahəsində kadrlara ciddi ehtiyac duyulur. Sadalanan məsələlərin həlli isə onlayn medianın iqtisadi dirçəlişindən keçir. Buna nail olmaq üçün onlayn mediaya maddi dəstəyin göstərilməsi vacibdir: "Hazırda dünya daha operativ, daha dolğum məlumat istəyindədir. Düzdür, müasir onlayn media bu tələbatın öhdəsindən gəlir. Ancaq sirr deyil ki, bir çox tanınmış beynəlxalq informasiya agetntliklər, xəbər portalları var ki, onlar müxtəlif qərəzli qüvvələrin maliyyə dəstəyi ilə, hətta onların təsiri altında fəaliyyət göstərirlər. Etiraf edək ki, belə media orqanları bir çox hallarda beynəlxalq aləmdə yanlış rəy də formalaşdıra bilirlər. Azərbaycanla bağlı həqiqətə uyğun olmayan, qərəzli məlumatların tirajlanmasının dəfələrlə şahidi olmuşuq. Hesab edirəm ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən xəbər agentliklərinin inkişaf etdirilməsilə belə halların qanrşısını almağa nail ola bilərik. Bunun üçün isə onlayn mediaya maliyyə dəstəyinin göstərilməzinə ehtiyac var". Onun sözlərinə görə, Azərbaycan dövləti, eləcə də prezident lham Əliyev daim ölkədə informasiyalı cəmiyyətin inkişafının tərəfdarı kimi çıxış edib:"Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında imzaladığı sərəncam buna bariz nümunədir. Qətiyyətlə demək olar ki, ölkə başçısı mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin müsbət təcrübəsini nəzərə alaraq, bu istiqamətdə aparılan işlərin davam etdirilməsini qarşıya məqsəd kimi qoyub. Xüsusən, sosial medianın inlişafına zəmin yaratmaq Azərbaycan dövlətinin prioritetlərindən hesab olunur. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin böyük əksəriyyəti internet istifadıçisidir. Vətəndaşları informasiya ilə təmin etmək məqsədilə çoxsaylı sosial media və xəbər portalları fəaliyyətdədir. İş orasındadır ki, onların heç biri üçün hansısa məhdudiyət müəyyən edilməyib. Əksinə sosial medianın inkişafına maddi və mənəvi dəstək göstərilir. Ölkə rəhbəri respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Məhz dövlət başçısının mediaya bu münasibəti deməyə əsas verir ki, onlayn medianın da maliyyələşdirilməsi mütləq reallaşacaq". "Azadinform" informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirib ki, dövlət dəstəyi internet medianın işini gücləndirəcək və jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq: "İnternet media resurslarına maliyyə yardımının ayrılması ilə bağlı irəli sürülən təklif təqdirəlayiqdir. Mətbuat Şurası sədrinin təklifi hökumət üzvləri qarşısında qaldırdığı zaman kifayət qədər əsaslandırdığını düşünürəm. İnternet media ölkə həqiqətlərinin ictimailəşdirilməsində yazılı mediadan daha çox aktivlik nümayiş etdirir, dövlətin həm informasiya siyasətinə dəstək verir, həm də onu qeyri-dəqiq informasiyalardan qoruyur. Məhz bu və ya digər səbəblər internet mediaya dövlət dəstəyinin göstərilməsini zərurətə çevirir. Dövlət dəstəyi həm internet medianın işini gücləndirəcək, həm də jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq, bu sahədə əlavə iş yerlərinin yaranmasına gətirib çıxaracaq. Ümid edirəm ki, bir neçə ildir müzakirəsi aparılan internet mediaya dövlət dəstəyi layihəsi reallaşacaq"."Teleqraf Media Qrupu"nun rəhbəri Aynur Camal bildirib ki, "onlayn" mediaya hətta 1 milyon manatdan da çox maddi vəsait ayrılmalıdır: "Təbii ki, hörmətli Əflatun Amaşovun bu fikirləri Milli Məclisin iclasında və büdcə müzakirələrində səsləndirməsi media üçün çox önəmli məsələdir. Həmkarımız tərəfindən mediaya olan diqqət və qayğının göstəricisidir. Düşünürəm ki, əslində "onlayn" mediaya Əflatun müəllimin dediyi qədər, hətta ondan da çox maddi vəsait ayrılmalıdır. Çünki reklam bazarı bizim arzu etdiyimiz səviyyədə inkişaf etməyib, media reklamdan lazimi dərəcədə gəlir götürə bilmir. Bu səbəbdən dövlətin dəstəyi olmadan bizim fəaliyyət göstərməyimiz, ortaya yaxşı nəticələr qoymağımız mümkün deyil. Onlayn medianın imkanlarını bir az da yüksək qiymətləndirmək lazımdır. Bəzən klassik mediaya daha çox üstünlük verilir. Bilirsiniz, ölkəmizdə çap mediasına da maliyyə yardımları göstərilir. Kütləvi İnformasiya Vasitələrinin İnkiafına Dövlət Dəstəyi Fondu yaradılıb və qurum tərəfindən hər il müsabiqələr keçirilir, mətbuata mümkün qədər köməkliklər edilir. Bundan da artıq dərəcədə onlayn mediaya qayğı olmalıdır. Çünki Azərbaycanda onlayn media, sosial şəbəkələr demək olar ki, klassik medianı küncə sıxışdırıb. Bu yalnız bizdə deyil, bütün dünyada belədir. İnsanların hər səhər qəzet oxumaq, günün xeyli hissəsini televiziya qarşısında keçirmək kimi vərdişləri azalıb. Dünya bizim ovucumuzun içində cəmləşib, hər kəsin əlində telefon var və biz bu cihaz vasitəsilə baş verən hadisələrdən anında xəbər tuta bilirik. Bu da onlayn medianın bizim həyatımıza nə qədər daxil olduğunu göstərir. Sosial şəbəkələrin də onlayn medianın axırına çıxmaması üçün maddi dəstək çox vacibdir". Xatırladaq ki, hazırda Azərbaycanda internet medianın inkişafı söz, fikir və məlumat azadlığının təmin olunması üçün ən səmərəli vasitədir. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Hazırda ən ucqar dağ rayonunda yaşayan vətəndaşlar belə sərbəst şəkildə internetdən istifadə imkanına malikdirlər. Bu isə imkan verir ki, ən müxtəlif təbəqənin nümayəndələri istədikləri fikri cəmiyyətə çatdırsın, informasiyanı yayımlasın. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan yeganə ölkələrdəndir ki, özünün sputnikini yaratmaqla insanlara internetdən istifadə üçün geniş imkanlar yaradır. Baxmayaraq ki, bu günün özündə internetdə baş verənlərin bir çoxu bəşəriyyəti təkcə təəccübləndirmir, həm də narahat edir. Bu problem artıq xeyli vaxtdır ki, dünyanın, demək olar ki, hər yerində müzakirə predmetinə çevrilib. Azrbaycan isə demokratiya ənənələrinə sadiq qalaraq nəinki söz və fikir sərbəstliyini, məlumat azdlığını məhdudlaşdırmır, əksinə bu sahələrin daha da inkişaf etməsi üçün uyğun şərait yaradır. Onlayn medaiya maddi dəstəyin göstərilməsi də çediaya diqqətin bir nümunəsinə çevrilə bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31