Özbəkistan Səfirliyi MEK-ə kitab hədiyyə etdi
Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi AMEA Mərkəzi Elmi Kitabxanasına Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib. Olaylar.az bildirir ki, kitablar MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib. Kitabları MEK-ə Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin digər əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər. Akademiklər zalında keçirilən görüşdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova türk ölkələri içərisində Özbəkistana aid bölmənin yaradılmasından və qardaş ölkə ilə təməli qoyulan yeni əməkdaşlıqdan məmnun olduğunu söyləyib.
28 Noyabr 2017 17:01 SosialÖzbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi AMEA Mərkəzi Elmi Kitabxanasına Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar hədiyyə edib. Olaylar.az bildirir ki, kitablar MEK-in Akademiklər zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib.
Kitabları MEK-ə Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev, səfirliyin digər əməkdaşları Baxodir Musaxocayev və Oybek Akramov təqdim ediblər. Akademiklər zalında keçirilən görüşdə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova türk ölkələri içərisində Özbəkistana aid bölmənin yaradılmasından və qardaş ölkə ilə təməli qoyulan yeni əməkdaşlıqdan məmnun olduğunu söyləyib.
Özbəkistan Səfirliyinin müşaviri Muxammad Botraliyev səmimi münasibətə görə MEK rəhbərliyinə təşəkkür edib və ölkələr arasında elmi-mədəni əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb.