Sosial
Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur
Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tapşırıq və sərəncamlara əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə yol layihəsi uğurla icra olunur. Bura 1 respublika və 2 yerli əhəmiyyətli ( kəndlərarası) avtomobi yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, sözügedən layihələrdən biri 21.5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir.
“Azərsu”-da cari ilin birinci rübünün yekunları müzakirə edilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Aprelin 11-də keçirilmiş prezident seçkilərinin mühüm hadisə olduğunu xatırladan sədr “Azərsu” ASC-nin kollektivi adından cənab İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.
“Türk Hava Yolları” Azərbaycanda növbəti endirim kampaniyasına start verib
Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda növbəti endirim kampaniyasına start verib. “OLAYLAR” xəbər verir ki, kampaniya çərçivəsində İstanbul-Bakı və əks istiqamətə aviabiletlər endirimli qiymətlə təklif olunur.
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş konsert
Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik, ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Rayonun elm, təhsil, mədəniyyət və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.
167 nəfərə sosial xidmət göstərilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə bu vaxta qədər 167 nəfərə sosial xidmət göstərilib.
Suraxanıda ərzaq və geyim mağazaları yanıb
Suraxanı rayonunda güclü yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirlyinidən “Olaylar”a verilən məlumata görə, rayonda bir dam altında tikilmiş, taxta konstruksiyalardan ibarət ərzaq və geyim mağazalarının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 65 m2 sahədə yanıb. Həmçinin ümumi sahəsi 40 m2 olan mağazanın lambirdən ibarət tavanı yüksək temperaturdan əriyib.
Xaçmazda soyuducu anbar yanıb
Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Yergüc kəndində ümumi sahəsi 1300 m2 olan soyuducu anbarın (hazırda fəaliyyət göstərmir) divarlarının şüşə-pambıq üzlüyü 100 m2 sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
"Telegram"a daha bir ölkədən zərbə
6 yaşlı qızı ilə Cəlilabaddan Bakıya qaçdı və ...
“NETTY2018” ərizələrin qəbulunu davam etdirir FOTO
Qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 29-da Respublikanın 12 şəhər və rayonunda sınaq imtahanları keçirəcək.
Binə Ticarət Mərkəzində aksiya – Baş ofisin qarşısına toplaşdılar
Binə Ticarət Mərkəzindəki mövcud vəziyyətdən narazılıq yaranıb. Bu barədə adının açıqlanmasını istəməyən tacirlərdən biri məlumat verib. Narazılığa səbəb isə ticarət mərkəzində icarə haqlarının qaldırılmasıdır.
Regionların sosial-iqitisadi inkişaf proqramları Beyləqan rayonunda da uğurla həyata keçirilir
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz sürətlə və uğurla inkişaf edir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Sirr deyil ki, ölkənin yeni-yeni naliyyətlərə imza atmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının xüsusi yeri var.
Falçı toruna düşənlər
Bir qohumum var, işi-gücü falçılardadır, qazancını demək olar ki, onlara xərcləyir, az qala necə nəfəs alacağını da onlardan soruşur. Nə sirri-xudadırsa qadını bu yoldan çəkindirə bilmirik, demək olar ki, beyni “zəhərlənib” təmizləmək mümkün deyil. Ölkədəki bütün falçıları adbad tanıyır, hamısınn ünvanını əzbər bilir. Ən müqəddəs arzusu Zirəddin Rzayevlə tanış olmaqdı, onun nəzərində Zirəddin dünyanın çox böyük falçısıdı. Amma mən düşünürəm ki, istər dünyanın ən böyük falçısı, istərsə də ən balacası olsun, falçılıqla məşğul olanlar ona üz tutan insanların psixologoyası ilə “məzələnirlər”. Fikrimi əsaslandırmamışdan qabaq bu günlərdə ölkə gündəmini zəbt edən bir hadisəni diqqətə çatdırmaq istəyirəm.

.jpg)












