“Türk Hava Yolları” Azərbaycanda növbəti endirim kampaniyasına start verib

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən “Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda növbəti endirim kampaniyasına start verib. “OLAYLAR” xəbər verir ki, kampaniya çərçivəsində İstanbul-Bakı və əks istiqamətə aviabiletlər endirimli qiymətlə təklif olunur.

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar yerinə yetirən "Türk Hava Yolları" aviaşirkəti Azərbaycanda növbəti endirim kampaniyasına start verib. "OLAYLAR" xəbər verir ki, kampaniya çərçivəsində İstanbul-Bakı və əks istiqamətə aviabiletlər endirimli qiymətlə təklif olunur.

Kampaniyanın şərtlərinə əsasən, Bakı-İstanbul-Bakı aviareysi üzrə bir biletin qiyməti 189 avrodan(təxminən 393 manat) başlayır. Sözügedən qiymətə 25 kq baqaj və 8 kq əl yükü daxildir.

Aprelin 30-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlərləcari ilin 15 may - 11 iyun tarixləri arasında səyahət etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31