"Telegram"a daha bir ölkədən zərbə

İran hökuməti ölkədə "Telegram Messenger" şirkətinin lisenziyasını ləğv edib.

2016-cı ildə "Telegram" proqramının ölkə ərazisində istifadəsi üçün verilmiş lisenziya etibarsız sayılıb.

Xatırladaq ki, "Telegram" ötən ilin sonlarında İranda qeydə alınan etiraz aksiyaları zamanı bağlanmış, yanvar ayında fəaliyyəti bərpa olunmuşdu.

Ölkədə 45 milyon "Telegram" istifadəçisinin olduğu deyilir.

Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31