Sosial

İşini itirən iki sabiq nazirlə bağlı İLGİNC İDDİALAR

27 Aprel 2018 09:36

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamı hələ də gündəmin əsas müzakirə mövzularından biridir. Vəzifəsini itirənlər sırasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da adı var.  Məlum olduğu kimi, R.Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv olundu, funksiya və səlahiyyətləri 2 qurum arasında bölüşdürüldü.

Tbilisidə Beynəlxalq Konfrans təşkil olundu 

27 Aprel 2018 09:13

Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Tbilisidə “Soyqırım hadisələri müasir elmi araşdırmalarda" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.

Professor Mirəli Seyidovun 100 illik yubileyi qeyd olundu

27 Aprel 2018 09:03

AMEA Mərkəzi Elmi Kitabxanası və AMEA Folklor İnstitutu Azərbaycanın böyük alimi, tənqidçi, ədəbiyyatşünas, Əməkdar elm xadimi, Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Mirəli Seyidovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, akademik Nizami Cəfərov professor Mirəli Seyidovu böyük vətəndaş kimi xarakterizə edib, onunla bağlı xatirələrini bölüşüb. Nizami Cəfərov alimin çoxsaylı araşdırmalarına diqqəti cəlb edib, onun yaradıcılığını təhlil edib. 

Bürclər – 27 aprel

27 Aprel 2018 06:18

Stresslərdən qurtulmaq üçün hər gün 1 stəkan qatıq için!

26 Aprel 2018 19:20

Hamı bilir ki, təbii süd məhsullarının tərkibində olan probiotiklər həzm prosesləri yaxşılaşdırır, mədə-bağırsaq sisteminin sağlamlığını qoruyur. Lakin bununla probiotiklərin orqanizmə olan müsbət təsiri bitmir.

Məşhur alim: Yaşlı insanlar zeytun yağı içərsə...

26 Aprel 2018 19:10

Bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən “Zeytun Yağı Günləri” proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiyi təbii ana südüdür: “Zeytun yağı təbiətin böyüklərə bəxş etdiyi ana südüdür. Zeytun yağı hər dərdə dərmandır. Nazim Hikmət də deyirdi ki, 70 yaşında da zeytun ağacı əkin.

Beyni qocalmaqdan qorumağın 9 BƏSİT ÜSULU

26 Aprel 2018 18:25

Su içməmək, hərəkət etməmək, sağlam qidalanmamaq başda olmaqla bir çox səbəblər insan beynini qocaldır. Bəs beynin vaxtından əvvəl qocalmasının qarşısını almaq üçün nələr etmək lazımdır?

Ramil Usubov: "Vətəndaşların şikayətlərinə biganə yanaşılmamalıdır"

26 Aprel 2018 18:07

Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarsıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.

Son bir ildə həbsdən azad edilənlərin sayı 14 faiz artıb

26 Aprel 2018 18:04

Ötən 1 il ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb, həbsdən azad edilənlərin sayı 14 faiz artıb, cəzanın yüngüllüyü ilə bağlı verilən protestlər isə xeyli azalıb.