Sosial
"Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır
Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi və BNA-nın yaydığı birgə məlumatda qeyd olunur. Bildirilib ki, məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.
BŞTİ eko-təqdimatlar keçirir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir. İdarədən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.
“Bakcell”in “İmzalı zəng” xidməti ilə özünü təqdim et!
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti ölkənin mobil rabitə xidmətləri istifadəçilərinə innovativ xidmətlər təqdim edir.
Azərbaycanın müasir silah və texnikaları 10-dan çox ölkəyə satır
Azərbaycanda istehsal olunan döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur.
Həftəsonu temperatur kəskin enəcək
Bakıda II Alman - Azərbaycan serebrovaskulyar simpoziumu keçirilir
Bakının iki rayonuna təbii qaz məhdudiyyətlə veriləcək
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində, eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Peşə təhsili ilə bağlı koreyalı ekspertlərlə görüş keçirilib
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Koreya İnsan Resursları İnkişafı Xidmətinin nümayəndələri ilə görüş keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşün əsas məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq “Peşə Təhsil Mərkəzi” layihəsi çərçivəsində tədris olunacaq peşə istiqamətləri üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və müəllimlərin seçilməsinə dair müzakirələrin aparılması olub.
“Bəzi sürücülər “tələsirəm” deyib yolda zəncirvarı problemlər yaratmamalıdır”
Paytaxt yollarında yaranan tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır. Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə, kompaniya xarakteri daşımayan tədbirlər davam etdirilir.
Təbiətə 50869,84 manat məbləğində Ziyan Vuruldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Neftçala rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Elman Babayev: "Pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar"
Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir.
Mövsümün yeni gözəllik trendi: Narıncı dodaqlar – FOTO
Bibərli toyuq dolmasını belə hazırlayın - RESEPT
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri, fəlsəfə doktoru, dosent Sülhəddin Gözəlov vəfat edib. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat yayıb S.Gözəlov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Aqil Abbasdan kəndçi qalmaqalına reaksiya: "Hansısa bir düşük, mənasız sözə..."
Bir müddət əvvəl Bakı Metropoliteninin marketinq şöbəsinin rəhbəri olan Lala Babayevanın “kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı” şərhi də sosial şəbəkədə birmənalı qarşılanmadı və ciddi etirazlara səbəb oldu. Aydın məsələdir ki, bu tip müzakirələr, söhbətlər nə ilkdir, nə də son olacaq. Görəsən, ayrıseçkiliyə səbəb nədir?














