"Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır
Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi və BNA-nın yaydığı birgə məlumatda qeyd olunur. Bildirilib ki, məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.
27 Aprel 2018 13:57 SosialAparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi və BNA-nın yaydığı birgə məlumatda qeyd olunur. Bildirilib ki, məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.
Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər:
"Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik".