Bibərli toyuq dolmasını belə hazırlayın - RESEPT

Mətbəxdə xörək bişirməyi və gözəl süfrə açmağı hər bir qadın istəyir. Ailem.az verəcəyi bibərli toyuq dolması ilə süfrəniz mükəmməl olacaq.  

Lazım olanlar:

Yarım kilo badımcan 
Yarım kilo qırmızı bibər 
6 dilim toyuq sinəsi

İstiot

Bir paket qaymaq

Bir az kəklikotu

Hazırlanması:

Badımcan və bibərləri közləyin. Toyuq ətini duz və istiotla ovalayın. Daha sonra onları közlənmiş bibərlərin içinə sarıyın və ağac çöplərlə bərkidin. Hazırladığınız toyuqları soba qabına düzüb üzərinə qaymağı tökün. 180 dərəcəlik sobada 30 dəqiqə bişirin.

Nuş olsun! 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31