Bakının iki rayonuna təbii qaz məhdudiyyətlə veriləcək

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində, eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti, Anaşkina, Bünyadov, Ş.Kamilov küçələrində, eləcə də Nizami rayonu Qara Qarayev, E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. "OLAYLAR" "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, buna səbəb yeni çəkilmiş diametri 76 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması, diametrləri 219 və 89mm-lik yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmasının ləğvi, Naxçivanski  küçəsi  72 ünvanında yeraltı diametri 108mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunmasıdır.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31