Sosial

“Bakcell”dən Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək

26 Aprel 2018 15:16

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ilə birlikdə Azərbaycan-Fransız Universiteti (UFAZ) təşkil etdiyi Frankofoniya gününə həsr edilmiş konsertin keçirilməsinə dəstək göstərib.

Xınalıqda qorxulu bədheybət peyda olub - VİDEO

26 Aprel 2018 15:11

Azərbaycanda 1986-cı ildə baş verdiyi iddia olunan qəribə bir hadisə olub. Xınalıq sakini Babəli Babaəliyev gecə mağarada pusqu qurub dağ keçilərini gözləyən zaman insanbənzər bədheybətlə qarşılaşıb. Babəli Babaəliyev təsvir etdiyi məxluq Qar adamı kimi tanınan və dünyanın müxtəlif hündür dağ və meşə ərazilərində rast gəlinən əfsanəvi varlıqdır.

7 yaşlı uşaqlar üçün – “Junior Tab” və “Junior Phone”

26 Aprel 2018 15:05

“Archos” şirkəti azyaşlı istifadəçilər üçün “Junior” qurğular seriyasını təqdim edib.Bu seriyaya yaşı üçdən yuxarı uşaqlar üçün “Junior Tab” planşeti və yeddidən yuxarı uşaqlar üçün “Junior Phone” smartfonu daxildir.

Azərbaycanda müəssisə və təşkilatlarda tətil yolu ilə fəaliyyətin dayandırılmasına görə cəzalar müəyyənləşir

26 Aprel 2018 14:22

Azərbaycanda idarə, müəssisə və təşkilatlarda tətil və digər üsullarla fəaliyyətin dayandırılması ilə bağlı yeni cəzalar müəyyənləşdirilir. Məlumata görə, bununla bağlı Azərbaycan prezidenti tərəfindən Milli Məclisə İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.12 maddəsinin əlavə edilməsi təklif olunub.

Daima xalqın keşiyində dayanan  böyük alim - professor Əjdər İsmayılov 80!

26 Aprel 2018 13:42

Böyük alim və tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, Turan Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 80 illik yubileyi tamam oldu. Öz geniş tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran və ermənilərin tarixi saxlataşdırmaq cəhdlərinə qarşı zəngin ədəbiyyat sahibi Əjdər İsmayılov elm fədaisi olan alimlərdəndir. Ömrünün böyük hissəsini elm yolunda qurban verən alim Azərbaycanımızın dilbər guşəsi olan Naxçıvanın sayılıb-seçilən, zəngin soy-kökünə sahib bir nəslin nümayəndəsidir. Böyük nəslin nümayəndəsi kimi Əjdər İsmayılov ömrü boyu Vətənə, xalqa ləyaqətlə xidmət etməyi özünün ilk növbədə vətəndaşlıq borcu hesab edir. Buna baxmayaraq özü şəxsən heç vaxt yüksək vəzifələrə yiyələnmək arzusunda olmayıb. O, elm və maarif yolunu seçib. Əbəs deyil ki, bu gün Azərbaycan tarix və ədəbiyyatşünaslığında əsərlərlə erməni yalanlarını ifşa edən, erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını və sadə bir mif olmasını beynəlxalq aləmə bəyan edən mötəbər əsərlər onun qələmindən çıxıb.

Bəzi firmaların süd fırıldağı - Bizi belə aldadırlar

26 Aprel 2018 13:37

Bəzi süd firmaları protein adından istifadə edərək mallarını daha yüksək qiymətə satırlar. Bəzi süd firmaları üzərinə iri hərflərlə yazdıqları protein sözü ilə diqqət çəkib, mallarını baha qiymətə satırlar. Belə ki, tərkibində 20 qram zülal olan yarımlitrlik südləri, bol proteinli adı ilə satılar. Normalda isə 500 millilitrlik sütün tərkibində 18 qrama yaxın zülal var.

Yuyucu vasitələrə DİQQƏT - Sağlamlığınız təhlükədə - VİDEO

26 Aprel 2018 13:36

ARB TV-nin "Günə doğru" verilişində saxta yuyucu vasitələr haqda süjet efirə gedib. Bəzən məşhur brend adı altında saxta yuyucu vasitələr satılır. Bu məhsullar xarici görünüşcə tanınmış brendə oxşasa da, içinə keyfiyyətsiz təmizləyici vasitələr doldurulur və ucuz qiymətə də satılır.

May ayında neçə qeyri-iş günü olacaq?

26 Aprel 2018 13:28

May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

26 Aprel 2018 13:23

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.  “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliuyi yayıb. Bildirilib ki,  məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Spirtli içkinin yeni təhlükəsi aşkarlandı

26 Aprel 2018 13:18

Spirtli içki qəbulu diş damağlarında müxtəlif xəstəliklərin, xərçəngin və ürək-damar sistemində pozuntuların meydana gəlməsinə səbəb olur. Bununla bağlı tədqiqatın nəticələri “Microbiome” jurnalında dərc olunub. Tədqiqatı aparan Nyu-York universitetinin alimləri 55-78 yaşlarında olan 1044 nəfərin ağız boşluğunun mikroflorasını araşdırıb. Müayinələrdən sonra spirtli içki ümumiyyətlə qəbul etməyən 270 nəfər, az içən 614 nəfər və mütəmadi olaraq alkoqol qəbul edən 160 nəfərin nəticələri müqayisə olunub.

Xətai rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

26 Aprel 2018 12:34

Məhəmməd Hadi küçəsində yeni çəkilmiş diametrləri 315, 159 və 108 mm-lik polietilen  qaz xəttlərinin şəbəkəyə qoşulması ilə əlaqədar, 26 aprel tarixində təmir işlər tamamlananadək  Xətai rayonunun Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.

Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub

26 Aprel 2018 12:32

İtaliyada keçirilən Beynəlxalq “San Remo – Junior” festivalında 12 yaşlı soydaşımız Fidan Hüseynova iştirak edib və müsabiqənin qalibi olub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, dosent-xoreoqraf, Azərbaycanın əməkdar artisti Mais Nuriyev bildirib ki, dünyanın 16 ölkəsindən, o cümlədən Ermənistandan olan finalçıların arasında Fidan Hüseynova uğurlu çıxışı ilə fərqlənib. Çox güclü rəqiblərlə mübarizə aparan gənc həmvətənimiz Azərbaycan bayrağını yüksəklərə qaldırmağa nail olub.