Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.  “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliuyi yayıb. Bildirilib ki,  məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.  "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliuyi yayıb. Bildirilib ki,  məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan saatlarda alternativolaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31