Sosial
Sosial şəbəkələrdən istifadə azadlığından sui-istifadə arzuolunmaz hallar yaradır
Hazırda beynəlxalq aləmdə aktual məsələyə çevrilmiş söz və fikir azadlığı məsləsi gündəmi zəbt etməkdədir. Məsələ orasındadır ki, özünü dünyanın ən demokratik dövlət hesab edən ölkələrdə belə söz və fikir azadlığına qarşı müəyyən qadağalar qüvvədədir. Lakin buna baxmayaraq, “öz gözündə çöpü görməyən” bəzi Avropa dövlətləri “özgə gözündə tir axtarmaq”la məşğuldirlar.
Hacıbala Abutalıbov bu işləri görəcək
Bakının "Sovetski” adlanan ərazisində aparılan söküntülərə bundan sonra Baş nazirin müavini Hacıbala Abutalıbov nəzarət edəcək. Abid Şərifovun gördüyü işi bundan sonra Hacıbala Abutalıbov davam etdirəcək. Belə ki, Baş nazirin yeni müavini olan H.Abutalıbova A.Şərifovun işləri həvalə olunub. BŞİH-in rəhbəri "Sovetski”dəki söküntü-tikinti işlərinə də cavabdeh olacaq.
Bakıda avtobusda qadının bədəni açıqda qaldı - Təhqirlər sərhəd tanımadı
Bakı avtobuslarının birində qadınlar arasında dava baş verib. Qadınlardan biri digərinin geyiminin açıq qalan hissəsinə görə ona qüsur tutması söz-söhbətin başlamasına səbəb olub.
Qaraciyəri təmizləyən detoks
Limon suyu ilə hazırlanan detoks qaraciyəri təmizləyib həzm sistemini normaya salacaq və orqanizminizi yeniləyəcək. Limon suyunu tərkibində olan lesitin bədəndəki yağların udulmasına və həzm edilməsinə də təsir göstərir.
Bir həftə şüyüd istifadəsinin FAYDALARI
Ehtiva etdiyi qida dəyərləri sayəsində əsl mineral və vitamin anbarı olan şüyüd balıq yeməkləri ilə yanaşı, şorba, salat və souslara xüsusi dad verir. Eyni zamanda arıqlamaq istəyənlər üçün də effektli vasitədir.
Azərbaycanlı şagird beynəlxalq müsabiqənin qalibi olub
Paytaxt məktəblisi Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 14 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səid Rəsulov gənc musiqi ifaçılarının Yevgeni Mikeladze adına beynəlxalq müsabiqəsində truba orkestr alətində ifasına görə diplomla təltif olunub.
Azərbaycandakı vulkanların palçığında qiymətli metallar aşkarlanıb
Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.











.jpg)


