Azərbaycanlı şagird beynəlxalq müsabiqənin qalibi olub

Paytaxt məktəblisi Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 14 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səid Rəsulov gənc musiqi ifaçılarının Yevgeni Mikeladze adına beynəlxalq  müsabiqəsində truba orkestr alətində ifasına görə diplomla təltif olunub.

Paytaxt məktəblisi Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 14 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səid Rəsulov gənc musiqi ifaçılarının Yevgeni Mikeladze adına beynəlxalq  müsabiqəsində truba orkestr alətində ifasına görə diplomla təltif olunub.

Artıq üç ildir ki, keçirilən müsabiqənin münsiflər heyəti qismində hər iki ölkənin tanınmış musiqişünasları çıxış ediblər.

Qeyd edək ki, S.Rəsulov 8 ildir truba musiqi alətini ifa edir. Bu müddət ərzində məktəbli həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlara qatılaraq yüksək nailiyyətlər əldə edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31