İlanla selfi həyatlarını təhlükəyə atdı
26 Aprel 2018 05:06 SosialOmsk şəhərinin iki sakini ilanla selfi çəkdirmək istədikləri zaman bəlaya düşüblər. Belə ki, ilan onların hər ikisini sancıb və onları xəstəxanaya aparmağa məcbur olublar. Selfi eşqinə düşənlərin ikisi də balıqçı olublar. Həkimlərin müdaxiləsindən sonra balıqçıların durumu düzəlib.Zərərçəkənlər bildiriblər ki, əslində onlar ilanı balıqla qarışıq saldıqları üçün(!) bu aqibətlə üzləşiblər. Lenta.ru saytı xatırladır ki, bu, heyvanlarla selfi çəkdirmək istədiyi zaman insanların xəstəxanaya düşdüyü ilk hal deyil. Belə ki, ötən ilin yayında Krasnodar vilayətindəki çimərlikdə kobra ilə selfi çəkdirmək istəyən qadını kobranın vurması hadisəsi ciddi səs-küy yaratmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00