Qusarın Köhnə Xudat-Həzrə avtomobil yolu yenidən qurulur
Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tapşırıq və sərəncamlara əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə yol layihəsi uğurla icra olunur. Bura 1 respublika və 2 yerli əhəmiyyətli ( kəndlərarası) avtomobi yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, sözügedən layihələrdən biri 21.5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir.
26 Aprel 2018 17:29 SosialDövlət başçısının vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində verdiyi tapşırıq və sərəncamlara əsasən, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində Qusar rayonunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə yol layihəsi uğurla icra olunur. Bura 1 respublika və 2 yerli əhəmiyyətli ( kəndlərarası) avtomobi yolu daxildir. Sadalanan bu yolların uzunluqları 78 km təşkil edir və 100 mindən artıq əhalinin yaşadığı 45 yaşayış məntəqəsini əhatə edir. "OLAYLAR"-a Agentlikdən bildirilib ki, sözügedən layihələrdən biri 21.5 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini əhatə edən Köhnə Xudat-Həzrə avtomobil yoludur. Yolun uzunluğu 21 km təşkil edir.
Hazırda tikinti işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 3100 kub.m həcmdə qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunur, yolun çiyin hissələri 42 min kv.m sahədə genişləndirilərək optimal qarışıqlı çınqılla bərkidilir, küvet hissələr açılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə hərəkətin normal təşkili üçün 76 ədəd yol nişanları və məlumatverici lövhələr, 21 ədəd km göstəricisi və 680 ədəd siqnal dirəyi quraşdırılacaq, 63 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək. Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu yaşayan vətəndaşların rayon mərkəzinə gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının və turizmin inkişafı baş tutacaq.