Regionların sosial-iqitisadi inkişaf proqramları Beyləqan rayonunda da uğurla həyata keçirilir

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz sürətlə və uğurla inkişaf edir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Sirr deyil ki, ölkənin yeni-yeni naliyyətlərə imza atmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının xüsusi yeri var.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmiz sürətlə və uğurla inkişaf edir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Sirr deyil ki, ölkənin yeni-yeni naliyyətlərə imza atmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının xüsusi yeri var. Sözügedən dövlət proqramların Beyləqan rayonunda icrası da rayonun inkişafında əhəmiyyətli rol oynayıb. Beyləqan Rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev bildirib ki, regionların sosial-iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq Beyləqan rayonunda kənd təsərrüfatının və sənayenin inkişafı, ekologiya və təbii sərvətlərdən səmərəli istifadə edilməsi, nəqliyyat-yol infrastrukturunun, elektrik enerjisinin, istilik və qaz təchizatının, su təsərrüfatı və kanalizasiya sistemləri xidmətlərini yaxşılaşdırılması, aqrar sektorun, meliorasiya-irriqasiya və digər infrastrukturun təminatı, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin inkişafı və yeniləşməsi kimi həlli vacib olan mühüm tədbirlər nəzərdə tutulub. Həmin tədbirlərin icrası istiqamətində görülən işlər sayəsində rayonun sosial-iqtisadi inkişafında müəyyən irəliləyişlərə nail olunub. Belə ki, Beyləqan rayonunda 2018-ci ilin birinci rübündə ümumi məhsul istehsalı 52,8 milyon manata çataraq 102 faiz olub, o cümlədən sənaye məhsullarının istehsal həcmi 8,5 milyon manat, 103,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 37,1 milyon manat olmaqla 101,2 faiz təşkil edib. Həmçinin adam başına düşən pərakəndə əmtəə dövriyyəsi 379,7 manat olmaqla 101 faiz olub. Hesabat dövründə əsas kapitala yönəldilən investisiyaların həcmi 13,2 milyon manat olmaqla 88 faiz, tikinti quraşdırma işlərinin həcmi isə 13 milyon manat, 90,9 faiz, rabitə xidməti 198,7 min manat, ticarət xidməti 12,5 milyon manat təşkil edin. Ümumilikdə 3 ay ərzində 693 yeni iş yeri açılmış, onlardan 418-i daimi iş yeridir. 2018-ci ilin birinci rübündə ərzidə ümumi sahəsi 740 kv.m olan 7 fərdi yaşayış evi tikilib istifadəyə verilib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Beyləqan rayonunda kənd təsərrüfatı sahəsinin inkişafı diqqət mərkəzində olub. Belə ki, kənd təsərrüfatının bitkiçilik sektorunda 15776 hektar sahədə dənli bitkilər, o cümlədən 13903 hektar sahədə buğda, 1543 hektarda isə arpa əkilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqaisədə 820 hektar artıq buğda əkilib. Rayonda bu il 9560 hektar sahədə pambıq əkilməsi üçün müqavilələr bağlanıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1060 hektar çoxdur. Pambıq əkilməsi nəzərdə tutulan torpaq sahələri şumlanıb, bütün aqrotexniki qaydalara riayət olunaraq səpinə hazırlıq vəziyyətinə gətirilib. Bu ilin 3 ayı ərzində 222 hektar sahədə şəkər çuğunduru əkilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 133 hektar artıq olmaqla 2,5 dəfə çox olub. 2018-ci ilin 3 ayı ərzində 377 hektar sahədə kartof, 995 hektar tərəvəz, 97 hektar bostan məhsulları əkilib. Hal-hazırda yazlıq bitkilər əkini davam edir. Bu dövrdə rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının heyvandarlıq sektorunda müsbət artım meylləri müşahidə olunub. Konkret olaraq iri buynuzlu heyvanların baş sayı 162 baş artaraq 58802 baş, xırdabuynuzluların sayı isə 401 baş artaraq 301832 baş, quşların sayı 415 baş artaraq 473854 baş olub. Ət istehsalı diri çəkidə 15 ton artaraq 2484 ton, süd istehsalı 37 ton artaraq 11063 tona, yumurta istehsalı 1,7 milyon ədəd artaraq 5,6 milyon ədədə çatıb. Respublikada sahibkarlığın inkişafına göstərilən dəstək Beyləqanda da proritet məsələ kimi daim nəzarətdə saxlanılıb. Sahibkarlığa Kömək Milli Fondun xətti ilə 1 lahiyəyə 5 min manat kredit ayrılıb ki, bunun nəticəsində 2 yeni iş yeri açılıb. Regionların sosial-iqtisadi inkişfı ilə bağlı dövlət proqramları çərçivəsində rayonda tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıb. Beyləqan rayonunda 2012-ci ilin aprel ayından başlanmış abadlıq və quruculuq işləri bu gün də davam etdirilir. 2018-ci ilin birinci rübündə Beyləqan Olimpiya İdman Kompleksinin, Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin tikintisinə, 1941-45-ci illərdə həlak olmuş həmvətənlilərimizin xatirəsinə ucaldılmış abidənin əsaslı təmirinə başlanılıb, qiymətli üzlük daşlarla üzlənib. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Rayonda infrastruktur obyektlərinin yenilənməsinə də xüsusi diqqət yetirilib. Beyləqan rayonu "37 saylı Yol İstismarı" MMC 2018-ci ilin 3 ayı ərzində xidmət etdiyi avtomobil yollarında tədbirlər planına uyğun olaraq cari təmir işləri yerinə yetirib. Bu dövrdə 130 ədəd işıq əks etdirici pərdə yapışdırılıb, 130 yeni siqnal dirəyi basdırılıb. Yerli əhəmiyyətli yollardan Beyləqan-Təzəkənd-Kəbirli avtomobil yolunda, Bünyadlı-Gödəklər, Qaralılar kəndinin giriş yollarında avtoqreyderlə hamarlanma və çala təmiri işləri aparılıb. Birinci Aşıqlı, Əlinəzərli kəndlərinin və Mayak qəsəbəsinin giriş yollarında 6 nömrəli magistral-yol idarəsi tərəfindən əsaslı təmir işlərinə başlanılıb, həmin sahələrdə yol yatağı salınıb, çınqıl materalı tökülərək yol əsaslı tikilib. Yaxın aylarda isə yol örtüyünün asfalt-beton qarışığı ilə tikintisinə başlanılacaq. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.
Əhalinin suvarma suyu ilə təmin olunması məqsədilə hazırlanmış tədbirlər planına uyğun olaraq Örənqala, Əmirzeyidli, Əhmədli, Şəfəq, Beyləqan şəhər, Yuxarı Çəmənli, Yuxarı Kəbirli, Allahyarlı, Sarı su, Tatalılar yaşayış məntəqələrində 146 km suvarma kanalları lildən təmizlənib. Eyni zamanda 18 ədəd hidrotexniki qurğular cari təmir edilib. Hal-hazırda kənd və qəsəbələrə suvarma suyunun itkisiz verilməsi üçün bu istiqamətdə işlər davam etdirilir. 2018-ci ilin birinci rübü ərzində Birinci Aşıqlı, Kəbirli, Eyvazalılar, Birinci Şahsevən, Bahar, Türklər, Yuxarı Aran, Təzəkənd kəndlərində ümumilikdə 41 km uzunluqda kollektor-dren şəbəkəsində lildən təmizlənmə işləri görülüb. Rayon ərazisində 12 ədəd subartezian quyularının, 8 ədəd ESV markalı nasosların, 7 ədəd elektrik avadanlıqlarının carı təmiri işlərini həyata keçirilib. Rayon ərazisində yanıb sıradan çıxmış ümumilikdə müxtəlif güclərdə 24 ədəd elektrik transformatorları cari, 6 ədəd transformator əsaslı təmir olunub. Əhalinin elektrik enerjisi ilə təchizatının etibarlılığını artırmaq məqsədi ilə 10 kv-lıq hava xətlərində 55 ədəd, 04 kv-lıq hava xətlərində isə 45 ədəd sınmış izalyator yenisi ilə əvəz olunmuş, 1500 metr istismara yararsız naqillər dəyişdirilib. 14 ədəd yeni dəmir və ya beton dayaqlar basdırılıb, 04 kv-lıq hava xətlərində isə 18 ədəd ağac dayaq, 1600 metr naqil dəyişdirilib. Qəhrəmanlı qəsəbəsində itkilərin azaldılması məqsədi ilə 2500 metr Sib-kabel çəkilib. Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də tədbirlər həyata keçirilib.Belə ki Su kanal idarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 4605 abonentdən 4256 abonent sayğacla təmin olunub. Bunlardan 3686 -ı smart sayğac, 568-i mexaniki sayğac təşkil edir. Fərdi vətəndaşların suyun gəlməməsi ilə bağlı idarəyə daxil olmuş 28 müraciət yerində araşdırılmış və həll edilib. 3 ədəd su şəbəkəsində baş vermiş qəza aradan qaldırılıb. 2018-ci ilin birinci rübündə İmamverdili və Birinci Şahsevən kəndlərində qazlaşma işi başa çatdırılıb, əhali təbii qazla təmin olunub. Hal-hazırda Əmirzeyidli kəndində qaz çəkilişinə başlanılmış, bu istiqamətdə işlər davam etdirilir. 2018-ci ilin 3 ayı ərzində vətəndaşlara 76 yeni telefon xətləri çəkilib, 78 ədəd telefon bərpa olunmaqla ümumilikdə abonentlərin sayı 8801-ə çatıb. Rabitənin və İnformasiya xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması məqsədi ilə Birinci Aşıqlı, Bahar, Milabad, Qaralılar, Birinci Şahsevən və Örənqala elektron avtomat stansiyalarında genişzolaqlı internet xidmətinin genişləndirilməsi işləri aparılıb. Ölkədə gedən sosial-iqtisadi inkişaf Beyləqn rayonunda da uğurla həyata keçirilir. Belə ki, rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülüb. Əhalinin sağlamlığının qorunması məqsədilə 2018-ci ilin fevralın 15-dən may ayının 15-dək 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi barədə Ölkə Prezidentinin tapşırığına uyğun olaraq rayon İcra hakimiyyəti başçısının Sərəncamı ilə komissiya yaradılıb. Ümumilikdə 58660 nəfər tibbi müayinələrdən keçib, onlardan 47 nəfəri Bakı şəhərinə müalicəyə göndərilib, 206 nəfər stasionar müalicəyə cəlb olunub. Rayon İcra hakimiyyətinin 2018-ci il üçün təsdiq edilmiş perspektiv iş planına əsasən rayonun sosial-iqtisadi inkişafı, abadlıq və mədəni-quruculuq, əhalinin, qaçqınların və məcburi köçkünlərin, Qarabağ müharibəsi iştirakçılarının, veteranların, əlillərin, şəhid ailələrinin sosial müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması, ətraf mühitin mühafizəsi, torpaqlardan səmərəli istifadə edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi vətənpərvərlik tərbiyəsi, əhalinin elektrik enerjisi, içməli su ilə təminatı, kənd təsərrüfatı, maliyyə, büdcə, təhsil,mədəniyyət, tikinti, nəqliyyat, rabitə, kommunal xidmətlər və digər sahələr əhatə olunub.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31