Suraxanıda ərzaq və geyim mağazaları yanıb
Suraxanı rayonunda güclü yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirlyinidən “Olaylar”a verilən məlumata görə, rayonda bir dam altında tikilmiş, taxta konstruksiyalardan ibarət ərzaq və geyim mağazalarının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 65 m2 sahədə yanıb. Həmçinin ümumi sahəsi 40 m2 olan mağazanın lambirdən ibarət tavanı yüksək temperaturdan əriyib.
26 Aprel 2018 16:15 SosialSuraxanı rayonunda güclü yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirlyinidən "Olaylar"a verilən məlumata görə, rayonda bir dam altında tikilmiş, taxta konstruksiyalardan ibarət ərzaq və geyim mağazalarının yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 65 m2 sahədə yanıb. Həmçinin ümumi sahəsi 40 m2 olan mağazanın lambirdən ibarət tavanı yüksək temperaturdan əriyib. Digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.