“Azərsu”-da cari ilin birinci rübünün yekunları müzakirə edilib

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,  iclası giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Aprelin 11-də keçirilmiş prezident seçkilərinin mühüm hadisə olduğunu xatırladan sədr  “Azərsu” ASC-nin kollektivi adından cənab İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ilin yanvar-mart ayları üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki,  iclası giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatı dinamik inkişaf edib, bütün sahələrdə müsbət irəliləyiş təmin olunub. Aprelin 11-də keçirilmiş prezident seçkilərinin mühüm hadisə olduğunu xatırladan sədr  "Azərsu" ASC-nin kollektivi adından cənab İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Q.Hüseynov bu ilin birinci rübündə istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata  keçirildiyini vurğulayıb.

Qeyd olunub ki, 2018-ci ilin yanvar-mart aylarında 224 km içməli su, 48 km kanalizasiya xətləri çəkilib. Görülmüş işlər nəticəsində 8 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 28 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Beləliklə fasiləsiz rejimdə su təchizatı səviyyəsi ölkə üzrə 67,5 faiz, Bakı şəhəri üzrə isə 81,5 faiz təşkil etmişdir.

Səhmdar Cəmiyyətin sədri yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, iqtisadi səmərəliliyin artırılması, abunəçilərə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, sayğaclaşma işlərinin sürətləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlarını çatdırıb. "Azərsu" ASC-nin sədri Bakı şəhərində keçiriləcək Formula 1 yarışları ilə əlaqədar idman yarışlarının keçiriləcəyi yerlərdə, turizm və iaşə obyektlərində içməli su və kanalizasiya sistemlərinin normal fəaliyyətinin təmin olunması barədə müvafiq göstərişlər verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31