Sosial

Notarius olmaq istəyənlər üçün test imtahanı keçirilib

19 Noyabr 2018 14:32

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı müraciət etmiş şəxslərin sənədlərinin qəbulu başa çatdırılaraq, namizədlərlə noyabr ayının 17-də test imtahanı keçirilib.

Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar

19 Noyabr 2018 14:15

Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) vitse-prezidenti, Rusiya EA-nın akademiki Daniya Zaqidullina və TREA-nın Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya EA-nın müxbir üzvü Kim Minnullin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Paytaxt məktəblərində maarifləndirici seminarlar keçirilir

19 Noyabr 2018 13:57

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində "Yeniyetməlik dövründə şagirdlərin yaş böhranı ilə əlaqədar qarşılaşdıqları problemlər və onların həlli yolları" mövzusunda maarifləndirici seminarlar keçirilib. İdarədən “OLAYLAR”-a bildirilib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarlarda məktəbin pedaqoji kollektivi, Vll-Xl sinif şagirdləri və valideynlər iştirak ediblər.

“Azərsu” işçi axtarır

19 Noyabr 2018 13:55

Qızların sayı niyə azalır?

19 Noyabr 2018 13:33

Son zamanlar ölkədə yeni doğulan qızların sayının azalması tendensiyası müşahidə olunmaqdadır. Mövcud vəziyyətlə bağlı aparılan son araşdırmalardan məlum olub ki, hazırki vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər. Kişilərin sayının həddən artıq çoxalması, onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması hallarında ümumi krimonogen durumun daha da ağırlaşması, qız-gəlin qaçırma, erkən nikah, insan alveri və sair mənfi fəsadlara səbəb ola bilər.

Azərbaycan mediasında mənəvi dəyərlərin təbliği sistemli və ardıcıl formada deyil, pərakəndə şəkildə aparılır

19 Noyabr 2018 13:28

Son illərdə müşahidə edilən müsbət tendensiyalardan biri də milli-mənəvi dəyərlərimizin geniş şəkildə təbliğ olunmasıdır. Xüsusilə, bir müddət əvvəl Milli Mənəvi Dəyərlər Fondunun yaradılması bu prosesin sürətlənmnəsinə təkan verib. Sözügedən Fond fəaliyyət göstərdiyi qısa müddət ərzində milli-mənəvi dəyərlərimizin təbliğ edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirib. Nəzərə alsaq ki, kütləvi informasiya vasitələri cəmiyyətin maarifləndirilməsi və həyata keçirilən tədbirlər, görülən işlərin ictimaiyyətə çatdırılmasında önəmli rol oynayır, o zaman medianın bu istiqamətdəki fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Bəs görəsən, bütün kütləvi informasiya vasitələri, media qurumları milli=mənəvi dəyərlərimizin təbliğində aktiv rol oynayırlarmı?