Əhali 10 ayda 43 milyard manatdan çox qazanıb
19 Noyabr 2018 12:42 Sosial2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 43 milyard 871,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4471,1 manat təşkil edib.
Əhalinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artıb.
Qeyd edək ki, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 milyard 272,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox vəsait qalıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31