Qızların sayı niyə azalır?

Son zamanlar ölkədə yeni doğulan qızların sayının azalması tendensiyası müşahidə olunmaqdadır. Mövcud vəziyyətlə bağlı aparılan son araşdırmalardan məlum olub ki, hazırki vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər. Kişilərin sayının həddən artıq çoxalması, onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması hallarında ümumi krimonogen durumun daha da ağırlaşması, qız-gəlin qaçırma, erkən nikah, insan alveri və sair mənfi fəsadlara səbəb ola bilər.

Son zamanlar ölkədə yeni doğulan qızların sayının azalması tendensiyası müşahidə olunmaqdadır. Mövcud vəziyyətlə bağlı  aparılan son araşdırmalardan məlum olub ki, hazırki vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər. Kişilərin sayının həddən artıq çoxalması, onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması hallarında ümumi krimonogen durumun daha da ağırlaşması, qız-gəlin qaçırma, erkən nikah, insan alveri və sair mənfi fəsadlara səbəb ola bilər. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin məlumatına görə, doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq aydın olar ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci il avqust ayının 1-i vəziyyətinə ölkə əhalininin sayı 9 milyon 943 min 226 nəfərə çatıb. Əhalinin ümumi 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edib. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqlarıdır. Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən abortların qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələrə ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişi və atalar cəlb olunur. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas tərəfdaşlar kimi yaxından iştirak edərək bu təşəbbüslərə əhəmiyyətli dəstək verirlər. Lakin bütün sadalanalarara baxmayaraq ölkədə yeni doğulan qız uşaqlarının sayı kəskin şəkildə azalmaqdadır.

Mütəxəssislər hesab edirlər ki, son illərdə Azərbaycanda ailə institutu ilə bağlı ciddi narahatçılıqlar var. Statistika göstərir ki, qurulan ailələrin sayı getdikcə azalır, boşanmaların sayı isə durmadan artır. Eyni zamanda ailələrdə qız uşaqlarının sayının azalması problemi də mövcuddur. Selektiv abortlarla bağlı aparılan izahat işlərindən, maarifləndirici tədbirlərdən və dövlətin müdaxiləsindən sonra problemi qismən aradan qaldırmaq mümkün olsa da, məsələ aktual olaraq qalır. Odur ki, ailələrdəki mövcud durumu və selektiv abortlar fonunda respublikanın sosial-demoqrafik vəziyyəti gündəmə gətirməklə cəmiyyətin diqqətini bu problemlərə cəlb etmək zərurəti yaranır.  "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva qeyd edib ki, ailələrdə qadınların vacib rolunu diqqətə çatdırmaq, eyni zamanda qızların niyə hələ də bir çox Azərbaycan ailələrində arzuedilməz olmasının səbəblərinə aydınlıq gətirilməsinə ehtiyac var. "Nə üçün qız uşaqları Azərbaycan ailələrində o qədər də arzuolunan deyil?", "Selektiv abortların sayı niyə durmadan artır?" - kimi suallara cavab tapılmalıdır. Onun bildirdiyinə görə, bu sahədə vətəndaş cəmiyyətlərinin iştirakı ilə ictimai maarifləndirmə işinin aparılması olduqca vacibdir. Elə bu səbədən də rəhbərlik etdiyi birlik "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirir. Məqsəd cəmiyyətin diqqətini bu kimi problemlərə yönəltməyə çalışmaqdır. Nəzərə almaq lazımdır ki, sözügedən problemin əslində təkcə ölkəmizdə deyil, bütün dünyada mövcuddur: "Təcrübələr göstərir ki, Azərbaycanda hələ də qadına qarşı şiddət, zorakılıq davam edir. Bu, təkcə ər tərəfindən həyat yoldaşına qarşı edilən zorakılıq deyil, həm də atanın qızına, qardaşın bacıya qarşı etdiyi zorakılıqdır. Bütün bunlar ona gətirib çıxarır ki, qızlar ailədə arzulanmayanövlada çevrilirlər. Hamiləlik dövründə məlum olanda ki, döl qızdır, ailələr o uşağı abort etdirirlər. Çünki qız uşaqlarını ailəyə yük kimi qəbul edirlər. Bəzən valideynlər bu yükdən azad olmaq üçün qızları erkən yaşda ərə verirlər. Təəccüblüdür ki, ailənin yükünü ən çox qızlar çəkir. Atalar özləri də həmişə etiraf edirlər ki, onların qayğısına daha çox qızları qalır. Bəs onda niyə ailələrdə qız uşaqları arzu edilmir?" Belə münasibət demoqrafik problemlərə gətirib çıxarır". Psixoloq Zeynəb Əyyubova Azərbaycan ailələrində "mənim niyə oğlum yoxdur?" sualının populyar olduğunu bildirib. O, sırf oğlu olmadığına görə, psixoloji problemləri yaranan pasientlərinin olduğunu qeyd edib. Ekspertin sözlərinə görə, bəzən Azərbaycan ailələrində oğlu olmayan qadına sonsuz kimi baxır, onu qınaq obyektinə çevirirlər. Sosioloq Əhməd Mansurovun fikrincə, müasir ailələrdə qız uşaqları üçün münasib həyat şəraiti standartları yaratmaq lazımdır. Başlıca problem ailənin qız övladına normal həyat şəraiti yaratmamasındadır. Oğlan uşaqları üçün ev, torpaq payı, miras nəzərdə tutulduğu halda, qız uşaqları mülkiyyət hüquqlarından məhrum olur. Əslində isə cəmiyyətdə qadın və kişi hüquqlarını bərabər olduğu fikrini təlqin etmək lazımdır. Qızların zəif cinsin nümayəndəsi kimi təqdim edilməsi yanlışdır. Bu, əks cinsdə zəifi əzmə instinktini formalaşdırır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, son 20 ildə kişilərin sayı sürətlə artıb və əhali arasında cins nisbəti bərabərləşib. Doğulanların cins nisbətinin pozulamasında təbii amillər deyil, təəssüflər olsun ki, bu proses  məhz süni sürətdə baş verir. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərin geniş şəkildə aparılması, səhiyyə xidmətlərinin inkişafı vacibdir. Xüsusi ilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə bağlı (ailə planlanması, arzu edilməyən hamiləlikdən qorunmaq, süni mayalanma və s.) maarifləndirmə kampaniyalarının keçirləməsi zəruridir. Məlumatda qeyd olunub ki, son illər uşaqlar arasında cins nisbətinin balanslaşdırılması üzrə aparılan tədbirlər öz müsbət nəticəsini verməkdədir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31