Ölkədə hərbi qulluqçuların etibarlı sosial müdafiəsi təmin edilir

Dövlətin humanist siyasətindən kimlər "bəhrələnməyə" çalışırlar?

Azərbaycanda vətəndaş firavanlığının təminatı ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi kimi çıxış edir. Ölkəmizdə milli iqtisadiyyatın dinamik tərəqqisində əldə olunan nailiyyətlər ilk növbədə sosial rifah halının yaxşılaşmasına xidmət edir. Xüsusən, son 15 ildə əhalinin sosial cəhətdən həssas qruplarına, aztəminatlı ailələrə dövlət qayğısının artması, onların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin miqyası genişlənməkdədir. Məlumat üçün qeyd edək ki, hazırda ölkədə 1,3 milyon insan əmək pensiyası ilə, 409 mindən çox şəxs aylıq sosial müavinətlə, 62,5 min insan Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin edilir. Bundan başqa, 2007-ci ildən şəhid ailələrinə verilən Prezident təqaüdlərinin məbləği 2,2 dəfə, 2008-ci ilin sentyabrından müharibə əlilləri və onlara bərabər tutulanlar üçün təyin olunaraq ödənilən Prezident təqaüdlərinin məbləğinin orta hesabla 2-2,5 dəfə artırılıb. Xatırladaq ki, dövlət başçısının imzaladığı sərəncamlar Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinin mənzillə təminatı proqramının gücləndirilməsinə səbəb olub. Sözügedən sərəncamla  bu kateqoriyadan olan insanlar üçün əlavə olaraq minimum 300 mənzil alınması ilə  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 500-dən çox mənzilin verilməsinə imkan yaranıb. Həmçinin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələri üçün fərdi yaşayış binalarının inşası davam etdirilir, çoxmənzilli binalarda tikinti işləri isə başa çatmaq üzrədir. Göründüyü kim dövlət başçısı hərbi qulluqçuların əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm Fərman və Sərəncamlar imzalanmaqla, onların sosial müdafiə tədbirlərinin gücləndirilməsinə yeni töfhə vermiş olur.

Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanın ərazü bütövlüyü uğrunda şəhid olmaş vətəndaşlar və onların ailə üzvlərinin sosial müdafiəsi daim dövlətin, xüsusən prezident İlham Əliyevin diqqət mərkəzində olub. Bu humanist siyasəti davam etdirən  prezident İlham Əliyev  "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərman imzalayıb. Dövlət başçısının 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Dövlət başçısının Fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlliyinə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunub. Paralel olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb ola biləcək səviyyədə həyata keçirilməsinə imkan verir. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparılır. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.

Bununla yanaşı, bəzi şəxslərin dövlətin humanist siyasətindən haqsız şəkildə bəhrələnmək cəhdləri də mövcuddur. Xatırladaq ki, buna cəhd edənlər əsasən vətəndaşların hüquqi biliklərinin kifayət qədər olmamasından yararlanmağa çalışırlar. Xüsusən, vərəsəlik məsələsində qarışıqlıq salaraq şəhidin ailəsi arasında yaradılan narazılıq sonda dövlətə qarşı yönəlmiş olur. Bu kateqoriyaya aid insanlar əsasən 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra artıq müvafiq ödəmələri almış, yaxud da bu ödəmələri almaq üçün qanuna uyğun əsasları olmayan şəxslərdir. Azərbaycan Prezidentinin humanist siyasətini gözdən salmaq, bu nəcib addıma ləkə yaxmaq istəyən bəzi siyasi qruplar, ayrı-ayrı fərdlər isə həmin şəxslərin iddialarından sui-sitifadə etməyə çalışır, əsassız ittihamlar irəli sürür, özlərini "haqqın müdafiəçisi" kimi cəmiyyətə sırımağa çalışırlar. Əslində isə 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məsələləri isə açıq qalmışdır. Buna görə də Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı məhz bu kateqoriyaya aid hərbi qulluqçuların vərəsələrinə şamil olunur. Sözügedən  Fərman da Azərbaycan Prezidenti İlham Əliyevin humanizst siyasətinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti seçkiləri ərəfəsində cənab İlham Əliyevuzun illərdir gündəlikdə duran məsələnin həll olunacağını vəd etmiş və müvafiq fərman imzalanmışdır. Bu, Azərbaycan Prezidentinin öz vədlərinə sadiq qaldığını, hər bir vətəndaşın qayğı və probleminə xüsusi həssaslıqla yanaşdığını, onların tez bir zamanda aradan qaldırılması üçün əməli tədbirlər gördüyünü əyani şəkildə təsdiq edir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31