Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar
Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) vitse-prezidenti, Rusiya EA-nın akademiki Daniya Zaqidullina və TREA-nın Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya EA-nın müxbir üzvü Kim Minnullin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
19 Noyabr 2018 14:15 SosialTatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) vitse-prezidenti, Rusiya EA-nın akademiki Daniya Zaqidullina və TREA-nın Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya EA-nın müxbir üzvü Kim Minnullin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Qonaqlar institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ilə görüşüblər. Söhbət zamanı tərəflər iki ölkənin alimləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə araşdırmaların həyata keçirilməsi, dissertant və doktorant mübadiləsi zərurətindən danışıb, gələcək müştərək layihələr barədə müzakirələr aparıblar. Həmçinin qonaqlar əlyazmalar sərgisi ilə də tanış olublar.