“Azərsu” işçi axtarır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Ucar və Masallı şəhərlərində yaradılacaq regional laboratoriyalar üzrə kadr potensialının gücləndirilməsi məqsədilə kimyaçı və bioloq ixtisasları üzrə işçi qəbulu elan edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, namizədlər ali təhsilli, müvafiq ixtisaslar üzrə analitik biliklərə malik olmalıdır. Həmçinin Word və Excel proqramlarında işləməyi bacarmalıdır.

İş prosesi zamanı kimyaçılar üçün tələb olunan əsas vəzifələr isə  pHmetr, konduktometr, turbidimetr, spektrofotometr cihazları ilə işləmə, kimyəvi məhlulların hazırlanması, su nümunələrinin fiziki-kimyəvi analizlərinin aparılması, Qravimetrik və titrimetrik analizlərin aparılması, analiz nəticə hesabatlarının hazırlanmasıdır.

Mikrobioloqlar üçün isə qidalı mühitlərin hazırlanması, sterilizasiya işləri, membran filtr üsulu ilə mikrobioloji analiz (ümumi koliform və E-coli), analiz nəticə hesabatlarının hazırlanması kimi təcrübələr olmalıdır. Namizədlər işə müraciət anket formasını (CV) doldurub [email protected] email ünvanına göndərə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31