Notarius olmaq istəyənlər üçün test imtahanı keçirilib
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı müraciət etmiş şəxslərin sənədlərinin qəbulu başa çatdırılaraq, namizədlərlə noyabr ayının 17-də test imtahanı keçirilib.
19 Noyabr 2018 14:32 SosialƏdliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı müraciət etmiş şəxslərin sənədlərinin qəbulu başa çatdırılaraq, namizədlərlə noyabr ayının 17-də test imtahanı keçirilib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində notarius vəzifələri üzrə keçirilmiş imtahanı vətəndaş cəmiyyətinin nümayəndələri izləmiş, həmçinin tədbirin gedişi internet vasitəsilə "on-line" rejimində birbaşa yayımlanıb. "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub. Yekun nəticələrə görə imtahanda 24 nəfər müvəffəqiyyət qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb. Namizədlər suallara verdikləri cavabların nəticələri ilə test imtahanının sonunda istifadələrində olan monitor vasitəsilə tanış olmuş və bu barədə bildirişi yerindəcə əldə ediblər.