Sosial

Mədəniyyət və İncəsənət Universitetində “Elm günü” 

29 Mart 2019 11:41

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Elm günü”nə həsr edilmiş tədbir keçirilib. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, ADMİU-nun Elmi Şura otağında AMEA Memarlıq və İncəsənət İnstitutunun məsul şəxsləri ilə Universitetin kollektivinin görüşü olub. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova qonaqları salamlayıb, “Elm günü” münasibəti ilə görüş iştirakçılarını təbrik edib. 

ASAN Radioda “Azərbaycan tarixi” adlı layihəyə start verildi

29 Mart 2019 11:33

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ASAN Radio ilə birgə “Azərbaycan tarixi” adlı layihə həyata keçirməyə başlayıb. Tarix İnstitutundan Olaylar.az -a verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

“31 Mart Azərbaycanlıların soyqrımı” mövzusunda dəyirmi masa 

29 Mart 2019 11:26

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların soyqrımı” mövzusunda dəyirmi masa keçirilib. Olaylar.az bildirir ki, fakültənin dekanı dosent İbrahim Kazımbəyli mart soyqırımı və mart hadisələrinin gedişi haqqında məlumat verib. 

Universitetdə “Elm günü” 

29 Mart 2019 11:19

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq Elmi Tədqiqat Laboratoriyası və Elmi əməkdaşlıq şöbəsinin birgə təşkilatçılığı ilə “Elm günü”nə həsr edilmiş “Müasir elmin fəlsəfəsi” adlı tədbir keçirilib. Olylar.az bildirir ki, Elm və təhsil məsələləri üzrə müşavir dosent Seyfəl Həsənov bu günün əhəmiyyətindən danışıb. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, ADU-nun Azərbaycanşünaslıq ETL-nin əməkdaşı akademik Möhsün Nağısoylu Azərbaycan dilçiliyi qarşısında duran məsələlər, gələcək planlar və tərtib olunan lüğətlər haqqında danışıb.