Bakıda qadından biabırçı hərəkət: Anbaan kadrlar - VİDEO
29 Mart 2019 11:05 SosialAparıcı oğurluq edən qadından qızılları geri qaytarmasını tələb edib.
Ötən gün ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində maraqlı görüntülər yayımlanıb.
Kürk mağazasından oğurluq edən qadının axtarışına çıxan aparıcı həmin xanıma müraciət edib.
Belə ki, kürk mağazasının sahibi kürklərdən birini geyinib toya gedir. Geri qayıdanda isə 10 min AZN-lik zinyət əşyalarını kürkün cibində unudur.
Bundan xəbərsiz olan satıcılar isə kürkü yenidən satışa çıxarırlar. Mağazaya gələn xanım müştərilərdən biri kürkün cibində zinyət əşyasının olduğunu görür və onu oğurlayaraq mağazadan gedir. Oğurluq anı isə anbaan kameralara yaxalanıb. Aparıcı Zaur Baxışəliyev oğurluq edən qadından qızılları geri qaytarmasını tələb edib.
Sözügedən görüntüləri sizə təqdim edirik:
AzNews.az