“Mənəvi əxlaqsızlığa son qoyulsun”

Xalq artisti Naibə Allahverdiyeva instaqram paylaşım platformasını tərk edib. "Qafqazinfo" xəbər verir ki, məşhur teatr və serial aktrisası sosial şəbəkədə son paylaşımını edərək izləyiciləri ilə vidalaşıb. 

"Uzaqlaşmaq istəyirəm, artıq iyrəndim. İzləyicilərimdən üzr istəyirəm. Artıq instaqramda baş verən biabırcılıqlara, özbaşınalıqlara əsəblərim tab gətirmir.  Xalqın üz qaraları instaqramda at oyatması mənim əlimdən xəta çıxara bilər. Bir Xalq artisti kimi müvafiq qurumlarda xahişim budur ki, mənəvi əxlaqsızlığa son qoyulsun" - deyə N. Allahverdiyeva qeyd edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31