Azərbaycanlı şairə vəfat etdi - 28 yaşında
29 Mart 2019 11:07 SosialAzərbaycanın Güneyindən olan tanınmış şairə və yazıçı Məhsa Əbdüləlizadə 28 yaşında dünyasını dəyişib.
Gənc şairənin yaxınlarının dediyinə görə, o, 3 ay əvvəl qazdan zəhərlənmə səbəbi ilə komaya düşüb.
1991-cı ildə dünyaya göz açan Məhsa Əbdüləlizadə Azərbaycanın Güneyinin Meşginşəhr (Xiyav) şəhərində yaşayıb. Onun Azərbaycan türkcəsində bir neçə əsəri var.
Məhsa Əbdüləlizadə türk dili və ədəbiyyatı sahəsində tanınmış mədəni fəallardan biri olub.Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31