Siyasət

Deputatlara “Parlament” medalı verildi

27 Dekabr 2018 16:07

Azərbaycan Parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin deputatları təltif edilib.

2018-ci il Azərbaycan üçün uğurlu il olub

27 Dekabr 2018 15:15

İlham Əliyev: “Ölkənin dinamik inkişafı davam edib”

Azərbaycan-Belarus münasibətləri inkişaf mərhələsindədir

27 Dekabr 2018 15:02

Bu əlaqələr təkcə dostluq deyil, həm də qardaşlıqdır Bu gün Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik olan ölkələrdən biri də məhz Belarusdur. İstər birgə olduğumuz Soverlər dönəmində, istərsə müstəqillik illərində Azərbaycan-Belarus münasibətləri daim inkişafda olub. İki ölkə arasında mmövcud olan hazırki münasibətlər barədə suallarımızı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Azərbaycan-Belarus Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Ziyad Səmədzadə cavablandırır.

Azərbaycan diplomatiyasında uğurlu il

27 Dekabr 2018 13:58

2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub.