Qeyri-rəsmi görüş nə vəd edir?

"Davos İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüş çox mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısının da qeyd etdiyi kimi bir neçə ayaqüstü görüşlərdə tərəflərin mövqeyinin aydınlaşdırılması istiqamətində aparılan söhbətlər görüşlərin mütəmadi olmasına zəmin yaradıb". Bu fikirləri siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspert söyləyib ki, qeyri-rəsmi görüşü tərəflərin mövqeyinin nədən ibarət olacağına aydınlıq gətirmək üçün mühüm platforma hesab etmək olar: "Prezident İlham Əliyev dəfələrlə ölkəmizin mövqeyini ifadə edərək qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizi ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı istənilən görüşdə iştirak etməyə hazırdır və danışıqlar prosesi davam etməlidir".

A.Nağıyev qeyd edib ki, bu görüşlərin mütəmadi olması yeni formalaşan Ermənistan hakimiyyəti üçün də imkandır: "Yəni müharibə tək danışıqlar masasında, siyasi müstəvidə deyil, eyni zamanda səngərdə də gedə bilər. Bunu Ermənistan başa düşməlidir".

Buna paralel olaraq Ermənistan mətbuatında bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işlərinin aparıldığını deyən siyasi ekspert qeyd edib ki, artıq Ermənistan mərkəzi televiziyası, eləcə də digər bir sıra KİV-lərdə bununla bağlı geniş işlər həyata keçirilir.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31