Hadı Rəcəbli: "Bəzən saytlarda haqq-nahaq müzakirələr açılır, müsbət işlər yaddan çıxır"
"Milli Məclisin Əmək və sosial siyasət komitəsi payız sessiyasında 45 məsələni müzakirə edib, 21 qanun layihəsinin müzakirəsi Milli Məclisə tövsiyə edilib". “Olaylar”ın xəbərinə görə, bu barədə komitənin sədri Hadi Rəcəbli məlumat verib. Müzakirə edilən layihələrin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini deyən H. Rəcəbli ötən dövr ərzində komitəyə 648 sənəd daxil olduğunu açıqlayıb: "Bunların 579- u ərizə və şikayətlər olub ki, burada əsas məsələ ünvanlı sosial yardımla bağlı olub. Bu sahədə ölkə başçısının atdığı addımlar müsbət nəticəsini verir.
24 Yanvar 2019 12:43 Siyasət"Milli Məclisin Əmək və sosial siyasət komitəsi payız sessiyasında 45 məsələni müzakirə edib, 21 qanun layihəsinin müzakirəsi Milli Məclisə tövsiyə edilib". "Olaylar"ın xəbərinə görə, bu barədə komitənin sədri Hadi Rəcəbli məlumat verib. Müzakirə edilən layihələrin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini deyən H. Rəcəbli ötən dövr ərzində komitəyə 648 sənəd daxil olduğunu açıqlayıb: "Bunların 579- u ərizə və şikayətlər olub ki, burada əsas məsələ ünvanlı sosial yardımla bağlı olub. Bu sahədə ölkə başçısının atdığı addımlar müsbət nəticəsini verir. Sistem elektronlaşdırılıb. Biz bəzən nöqsanların aradan qaldırılmasına kömək edirik. Pensiyaların həcmi ilə bağlı 135 müraciət daxil olub. Bəzi hallarda düzgün hesablanmayan pensiyalara sonradan obyektiv hesablanıb. Digər ərizələr müharibə və şəhid ailələrindən gəlib. Burada mənzil, nəqliyyat vasitəsi istəyi var. Son nəticədə məqsədimiz o insanların problemlərinin həllinə kömək etməkdir. 37 ərizə səhiyyə problemləri ilə bağlı bizə daxil olub. 366 nəfəri komitədə qəbul etmişik". H. Rəcəbli qeyd edib ki, əsas məqsəd müraciət edən insanların problemlərini həll etməkdir: "Amma nə edəsən ki, bəzən saytlarda, sosial şəbəkələrdə haqq-nahaq müzakirələr açırlar, deputatların gördüyü müsbət işlər bəzi hallarda yaddan çıxır. Parlamentin Əmək və sosial siyasət komitəsi ən ağrılı problemlərlə məşğul olur, sosial durumu aşağı olan aztəminatlı qrup insanlarla işləyir. Məntiqli olaraq, problemlər də meydana çıxır. Bütün hallarda biz əhalinin qaldırdığı problem və məsələlərin həllinə müsbət yanaşırıq, eyni zamanda qayğı göstəririk və müraciətlərinə diqqətlə baxırıq. Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsinin icrası ilə bağlı bəzi problemlər ortaya çıxdı. Narazı insanların qarşısına çıxdıq, söhbət apardıq. Humanist söhbətlərimizə baxmayaraq, bəzi hallarda saytlar - heç adına müxalif də demək olmaz - bunu yanlış təqdim etdilər. Həmin saytlar bizim işimizi başqa formada çatdırmağa çalışırdılar. Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, onlar gərgin məsələlərin həllində hər zaman bizim yanımızda olublar".