Azərbaycan öz parlaq mədəniyyəti ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib

Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib. Sevindirici haldır ki, günümüzdə də bu proses davam edir və zəngin mədniyyət nümunələrimiz, tarixi şəxsiyyətlərimiz, elm və mədəniyyət xadimlərimiz beynəlxalq aləmdə, dünyada təbliğ edilir. Bu istiqamətdə həm dövlət, həm də Heydər Əliyev Fondu səviyyəsində görülən işlər xüsusi qeyd edilməlidir. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də məhz mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə verilən böyük töhfədir və onun beynəlxalq miqyasda təbliğinə hesablanıb.

Azərbaycan öz parlaq mədəniyyəti, zəngin mədəni, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib. Sevindirici haldır ki, günümüzdə də bu proses davam edir və zəngin mədniyyət nümunələrimiz, tarixi şəxsiyyətlərimiz, elm və mədəniyyət xadimlərimiz beynəlxalq aləmdə, dünyada təbliğ edilir. Bu istiqamətdə həm dövlət, həm də Heydər Əliyev Fondu səviyyəsində görülən işlər xüsusi qeyd edilməlidir. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi də məhz mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə verilən böyük töhfədir və onun beynəlxalq miqyasda təbliğinə hesablanıb.

Elə millət vəkili Sahibə Qafarova da bu qənaətdədir. O bildirib ki. Azərbaycan müstəqillik əldə etdikdən sonra mədəniyyət sahəsində çox ciddi addımlar atılıb, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar, mədəniyyət siyasətinin prioritetlərini müəyyən edən çoxsaylı normativ hüquqi aktlar qəbul edilib. "Bu siyasətin əsas prinsiplərindən birini mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi təşkil edir. Avropa Şurasına üzv olan ölkələrin mədəni zənginliklərinin, mədəni mirasının qorunmasının, bu sonsuz xəzinənin gələcəyin qurulmasında rolunun təşviq olunmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır". Sahibə Qafarova onu da diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi haqqında Sərəncam imzalaması böyük əhəmiyyətə malik bir hadisədir: "İmaməddin Nəsimi təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biridir. Onun əsərlərində humanizm, barış kimi ümumbəşəri ideyalar yüksək poetik şəkildə tərənnüm olunub. Onun yaradıcılığı nəinki Azərbaycan xalqının, o cümlədən, bütün bəşəriyyətin fəlsəfi fikir tarixində dərin izlər qoyub. 6 əsr əvvəl yaşamış böyük şair və mütəfəkkirin Azərbaycan ədəbiyyatında və fikir tarixində müstəsna yeri vardır. Nəsimi böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifidir". Sahibə Qafarovanın sözlərinə görə, Nəsiminin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. "Şərqin böyük filosofunun fikirləri bir növ Qərb mədəniyyətinin və ədəbiyyatının nümayəndələrinin fikirlərinə bənzəyir. Azərbaycanda 2019-cu ilin məhz belə bir böyük sənətkarın adı ilə adlandırılması bir daha böyük mütəfəkkirin təbliğ etdiyi ümumbəşəri dəyərlərin, humanizm ideyalarının yaşadılmasına bir çağırışdır. Mən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin bu çağırışa cavab verəcəyinə və dünya səviyyəsində humanizm və tolerantlıq ideallarının qalib gələcəyinə inanıram".

Politoloq Ramiz Alıyev də hesab edir ki, 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə verilən ən böyük töhfələrdən biridir. Onun sözlərinə görə, dövlət başçısının imzaladığı sərəncamdan irəli gələrək "Nəsimi İli" çərçivəsində ölkədə bir sıra mühüm tədbirlər, konfrans və toplantılar keçiriləcək ki, bu da həm dahi şairimizə barədə cəmiyyətimiz barədə daha ətraflı bilgilərin formalaşmasına, həm də onun beynəlxalq miqyasda daha geniş formada təbliğinə xidmət edəcək: "Ümumiyyətlə, hər bir sahə kimi milli-mənəvi dəyərlərimizin təbliği, onun yaşadılması da dövlətin əsas prioritetlərindədir. Müntəzəm olaraq şair və ədiblərimiz, mədəniyyət xadimlərimizin adlarının əbədiləşdirilməsi, onların yubileylərinin keçirilməsi istiqamətində imzalanan fərman və sərəncamlar da bunun əyani sübutudur". Ramiz Alıyev qeyd edib ki, uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzində olan, milli-mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan Nəsimi irsi bundan sonra daha geniş şəkildə araşdırılacaq. Xüsusilə, incəsənətin bir çox janrlarında Nəsimi mövzusunda yeni-yeni əsərlərin meydana gəlməsinə təkan verəcək.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31