Siyasət

Binəqədi qəsəbə bələdiyyəsi hesabat verdi

17 Yanvar 2019 16:59

Binəqədi qəsəbə bələdiyyəsinin 2018-ci ildəki fəaliyyəti ilə bağlı hesabat toplantısı keçirilib. “OLAYLAR” xəbər verir ki, hesabat konfransında Binəqədi Rayon İcra Hakimiyyətinin müavini İlqar Süleymanov, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon

Kərki kəndinin işğalından 29 il ötür

17 Yanvar 2019 16:39

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ermənilər tərəfindən işğal olunmasından 29 il ötür. Yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci Ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub.

İrəvanın təxribatçı hərəkətləri Qarabağda müharibə variantını qaçılmaz edir

17 Yanvar 2019 15:55

Ermənistanda hakimiyyətdə olan Paşinyan hpkuməti də deyəsən öz sələflərinin yolu ilə gedir, onların tarixiu səhvlərini təkrarlayır. Söhbət İrəvanın yeni hökumətinin Dağlıq Qarabağ probleminin həllinə olan yanaşmasından gedir. Sabiq prezident Serj Sərkisyanı inqilab yolu ilə devirib hakimiyyəti zorla zəbt etdikdən qısa bir müddət sonra Dağlıq Qarabağ problemi ilə bağlı cəfəng açıqlamalar, bəyanatlar verən hazırkı baş nazir Nikol Paşinyan sonradan məcburiyyət qarşısında və çıxılmaz vəziyyətdə qalaraq aqressivliyini bir qədər yumşaltsa da, lakin hazırda inqilabçı baş nazir yenə də öz sərsəmliklərini davam etdirir. Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilən ərəfədə Paşinyana yaxınlığı ilə seçilən media qurumlarında belə bir bir fikir formalaşdırılıb ki, bundan sonrakı danışıqlar Dağlıq Qarabağdakı separatçı rejimlə aparılacaq. Bir sözlə işğalçı Ermənistan danışıqlar prosesində tərəf kimi çıxış. etməyəcək.

"Konsulluq xidmətləri bütün “ASAN Xidmət” mərkəzlərini əhatə edəcək"

17 Yanvar 2019 14:39

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə imzalanmış müvafiq Fərmanına əsasən “ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb. Fərmana əsasən mərkəzlərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, həmçinin viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi xidmətləri də həyata keçiriləcək. Fərmandan irəli gələn məsələlər haqqında verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, ölkə başçısı tərəfindən imzalanan fərmana əsasən bundan sonra vətəndaşlarımıza mərkəzlərdə daha şəffaf, operativ şəkildə konsulluq xidmətləri təqdim olunacaq.

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atanlar

17 Yanvar 2019 13:42

AntiAzərbaycan dairələrin sifarişi ilə işləyən vətən xainlərinin məqsədi nədir?