Səhiyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsindən azad edilib

Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Z.Mustafayeva Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri vəzifəsində çalışacaq.

"Dövlət qulluğu haqqında" qanunun 29.2-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq və Qida Təhlükəsizliyi Agentliyinin 10.01.2019-cu il tarixli 1/12-045 nömrəli məktubunu nəzərə alıb, Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Müslüm qızı Mustafayeva Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə keçməsi ilə əlaqədar 01.02.2019-cu il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31