İsa Həbibbəyli: "Prezident minlərlə şəhid ailəsinə sevinc bəxş etdi"
"Azərbaycan Prezidenti İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərmanı bu kateqoriyadan olan insanlara dövlət qayğısının daha bir nümunəsidir. Həm də, çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir". Bunu "Səs" qəzetinə açıqlamasında, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyevin şəhid ailələrinə 11 manat vəsaitin ödənilməsi barədə imzaladığ Fərmana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, onların mənzil və avtomobillərlə təmin olunması dövlət siyasətinin başlıca siyasi xəttidir: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın da, məhz şəhid ailələrinə şamil edilməsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin doğum gününü məcburi köçkünlərlə keçirməsi isə, artıq ənənə halını alıb. Hər il Prezident İlham Əliyev Onun üçün əlamətdar olan gündə məcburi köçkünlər üçün tikilən yaşayış qəsəbələrinin açılışında iştirak edir. Prezident İlham Əliyev məcburi köçkünlərlə səmimi söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanır, onların həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verir".
4 Fevral 2019 17:25 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərmanı bu kateqoriyadan olan insanlara dövlət qayğısının daha bir nümunəsidir. Həm də, çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir". Bunu "Səs" qəzetinə açıqlamasında, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyevin şəhid ailələrinə 11 manat vəsaitin ödənilməsi barədə imzaladığ Fərmana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, onların mənzil və avtomobillərlə təmin olunması dövlət siyasətinin başlıca siyasi xəttidir: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın da, məhz şəhid ailələrinə şamil edilməsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin doğum gününü məcburi köçkünlərlə keçirməsi isə, artıq ənənə halını alıb. Hər il Prezident İlham Əliyev Onun üçün əlamətdar olan gündə məcburi köçkünlər üçün tikilən yaşayış qəsəbələrinin açılışında iştirak edir. Prezident İlham Əliyev məcburi köçkünlərlə səmimi söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanır, onların həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verir".
Millət vəkili, onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşlarına göstərdiyi diqqət və qayğı müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin reallaşdırılması, ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da, xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər.2018-ci ildə bu kateqoriyadan olan ailələrə 3 dəfə çox - 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşlar, həmçinin, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidməti vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslərə hərtərəfli diqqət və qayğı göstərlir, onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə, müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər".
"Ermənistanın işğalçılıq siyasəti nəticəsində, torpaqlarımızın işğal olunduğunu və bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşdüyünü" deyən millət vəkili ölkəmizin minlərlə şəhid verdiyini, on minlərlə insanın yaralandığını, əlil olduğunu bildirib: "Tam əminliklə deymək olar ki, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bununla da ölkəmizdə qaçqın və məcburi köçkün məsləsinə son qotulacaq. Bu kateqoriyadan olan insanlar öz yurd və yuvalarına qayıdıb, rahat, sakit həyatlarını yaşamaqda davam edəcəklər".
SİA