Bəhruz Quliyev: "Bu gün ölkə gəncliyi milli ruh, milli kimliyə malikdir"
“Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı həyatı ilə bağlı mühüm məqamları paylaşması, onlara stimul verməklə yanaşı, eyni zamanda gənclik üçün bir nümunədir”. Bu fikirləri Olylar.az -a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
5 Fevral 2019 10:44 Siyasət"Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı həyatı ilə bağlı mühüm məqamları paylaşması, onlara stimul verməklə yanaşı, eyni zamanda gənclik üçün bir nümunədir". Bu fikirləri Olylar.az -a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev gənclərlə görüşündə SSRİ rəhbərliyində böyük nüfuz sahibi olan Ulu Öndər Heydər Əliyevin sonradan Sovetlər İttifaqının düşməninə çevrilməsi və bunun nəticəsində problemlər yaşadığını gənclərə səmimi şəkildə etiraf etdi: "Dövlət başçısı pedaqoji fəaliyyətlə məşğul olduğunu və Ulu Öndərin sovet hakimiyyətindən uzaqlaşdırıldıqdan sonra ailəsinə qarşı mənfi münasibət nəticəsində işsiz qaldığını gənclərlə bölüşdü. Prezident İlham Əliyevin çətin zamanlarda öz gücü hesabına çıxış yolu tapması indiki gənclərimiz üçün örnəkdir"
Prezident İlham Əliyevin gənc olaraq məhz 41 yaşında Azərbaycana rəhbərliyə başladığını xatırladan siyasi ekspert deyib ki, Azərbaycan gəncliyi 2003-cü ildə hakimiyyətə gələn dövlət başçısı ətrafında cəmləşərək Cənab Prezidenti gənclərin lideri kimi qəbul edərək, əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu siyasətin yanında olduqlarını göstərdi: "Prezident artıq 16 ildir ki, gənclərin dostudur və ölkə başçısı gənclərlə görüşü zamanı da etdiyi səmimi etiraflarla nümunəvi yanaşma ortaya qoydu ".
B.Quliyev söyləyib ki, dövlət başçısının Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir" fikirləri gənclərə heç nədən çəkinməmək ailə, dövlət, dövlətçilik üçün çalışmaq, milli ruhda böyümək, vətənpərvər övlad kimi yetişmək istiqamətində mühüm mesajlar idi.
Müstəqil Azərbaycanın xoşbəxt gəncliyinin olduğunu deyən ekspert deyib ki, bu gün ölkə gəncliyi milli ruh, milli kimliyə malikdir: "Azərbaycan gəncliyi ötən dövrlərlə müqayisədə bu gün daha çox diqqət, qayğı ilə əhatə olunub. Ölkə başçısının görüş zamanı gənclərimizin işlə təmin olunması ilə bağlı həm dövlət, həm də özəl sektorlara verdiyi tövsiyə Azərbaycanda gəncliyə göstərilən diqqətin bariz göstəricisidir. Azərbaycan gəncliyi onlara göstərilən bu diqqətdən yararlanmalı, öz fəaliyyətləri ilə müstəqil dövlətçiliyimizin möhkəmlənməsində öz potensialını, enerjisini ortaya qoymalıdırlar. Gəncliyin gücünə, enerjisinə bütün dövrlərdə ehtiyac var. Çox sevindiricidir ki, bu gün gənclik enerjisi müstəqil Azərbaycanın inkişafı istiqamətində, güclü dövlətin liderin rəhbərliyi ətrafında cəmlənərək dövlət, xalq uğrunda mübarizədə istifadə olunur ".
Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan gəncliyinin sağlam ruhda böyüdüyünü dilə gətirən B. Quliyev qeyd edib ki, müstəqil dövlətin bəhrəsi olan Azərbaycan gəncliyi bu gün müxtəlif tribunalarda, yarışlarda ölkəni yüksək səviyyədə təmsil edirsə, bu gənclərimizin peşəkar, iradəli, vətənpərvər olmasından xəbər verir: "Bildiyiniz kimi gənclərimiz Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutub. Azərbaycan gəncliyinin qazandığı bu uğurlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinin düzgün aparıldığını göstərir. Qanunlar, həyata keçirilən dövlət proqramları, layihələr Azərbaycan gəncliyinin inkişafında çox mühümdür. Amma bu uğurların mərkəzində liderin şəxsi iradəsi dayanır. Məhz bu iradənin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövlətin güclənməsində gənclik enerjisindən istifadə olunur".